Bundesliqada Miroslav Klozenin rekordunu təkrarladı
Bizi izləyin

İdman

Bundesliqada Miroslav Klozenin rekordunu təkrarladı

Bundesliqada Miroslav Klozenin rekordunu təkrarladı

"Verder" klubunun hücumçusu Niklas Fyullkruq Almaniya Bundesliqasının XI turunda "Borussiya" (Münhenqladbax) matçda (3:3) Miroslav Klozenin rekordunu təkrarlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu görüşün son dəqiqəsində fərqlənərək Bundesliqanın cari mövsümündə 11-ci qolunu vurub.

Bununla da ölkə çempionatının ilk 11 turunda 11 qola imza atan futbolçu daha əvvəl Miroslav Klozeyə məxsus olan rekordu təkrarlayıb. Hazırda 48 yaşı olan Almaniya millisinin sabiq forvardı eyni nəticəyə 2005/2006 mövsümündə məhz "Verder"in heyətində çıxış edərkən nail olub.

Qeyd edək ki, N.Fyullkruq bu ilin yayında "Verder"ə transfer olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm