Avto
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: avtomobillərdə pərdə və plyonkadan... - VİDEO
Avtomobillərdə pərdə və plyonkadan istifadə qadağasının ləğv edilməsi ilə bağlı ''Yol hərəkəti haqqında'' qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olsa da, bununla bağlı standart müəyyən edilməyib.
Publika.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, əvvəllər nəqliyyat vasitələrinin arxa yan şüşələrində mayın 1-dən noyabrın 15-dək pərdə və plyonkadan istifadəyə icazə verilirdi.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, ötən il Milli Məclisin plenar iclasında pərdə və plyonka qadağasının ləğv edilməsi ilə bağlı müvafiq qərar verilib. Bunun standartını müəyyən etmək üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Amma həmin tarixdən indiyədək standart qəbul edilməyib.
Ekspertin sözlərinə görə, Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 42 saylı qaydasında da qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı onun öz öhdəliyinə buraxılır.
Sürücülər isə deyirlər ki, mövcud vəziyyət onlarda çaşqınlıq yaradıb. Çünki adi vaxtlarda plyonka və pərdə istifadəsinə görə cərimə tətbiq edilmir, amma avtomobillərin qeydiyyatı və texniki baxışı zamanı həmin vasitələrin sökülməsi tələb edilir.
Pərdə və plyonka ilə bağlı standartın nə zaman müəyyən ediləcəyi isə məlum deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)





















