Maraq dünyası
Kasıb necə varlana bilər? - Çinli milyarderdən VACİB MƏSLƏHƏTLƏR
“Alibaba group” kimi böyük Çin ticarət platformasının yaradıcısı olan Cek Ma dünyanın ən varlı şəxslərindən biridir. O, 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda, mədəni inqilab dövründə, musiqiçi ailəsində anadan olub. Uşaqlığının çətin illərdə keçməsinə baxmayaraq, onun üçün yüz milyard dollarlıq biznes qazanmaq mümkün olub.
Çinin ən varlı insanı olan Cek Ma öz sərvətini internetlə ticarət sayəsində əldə edib. Onun sahib olduğu “Alibaba” şirkəti elektron kommersiya sahəsində Çinin ən böyük layihəsidir. Cek Ma uğur formulunu əlinə keçən imkanları layiqli şəkildə dəyirləndirməsi ilə izah edir. Və hesab edir ki, əgər bir şəxs 35 yaşına qədər hələ də yoxsul olaraq qalıbsa, deməli o buna layiqdir! Çünki o olduğu vəziyyəti dəyişmək üçün əlindən gələni etməyib.
Bununla belə çinli biznesmen "CNBC" televiziya kanalına verdiyi müsahibəsində özünü tamamilə xoşbəxt hiss etmədiyini etiraf edib. Onun sözlərinə görə, ölkəsinin ən varlı insanı olmaq heç də müsbət hal deyil: “Üzərimdə böyük basqı hiss edirəm. Özüm-özümü xoşbəxt eləməyə çalışıram. Çünki mən xoşbəxt olmayanda iş yoldaşlarım, şəriklərim və hətta müştərilərimin də xoşbəxt olmadığını bilirəm. İnsanlarsa mənimlə razılaşmır, onlar belə hesab edir ki, varlı olmaq əladır. Əlbəttə əladır. Lakin Çində yaşayırsansa, bunu əla adlandırmaz olmaz".
Publika.az bu yazıda oxucuları milyarderin təkcə sahibkarlar üçün deyil, hamı üçün aktual olacaq məsləhətləri və uğur formulu ilə tanış edib.
Şirkətin lideri əməkdaşından nə ilə seçilir?
Şirkətin rəhbəri öz texniki vərdişlərini əməkdaşların bacarıqları ilə heç vaxt müqayisə etməməlidir. İşçilərin texniki bacarıqlarını həmişə sizdən yaxşı olmalıdır. Əks halda siz doğru adamları işə götürməmisiniz.
Lider adi əməkdaşlarının tab gətirə bilmədiyi inadcıl və möhkəm xarakterə malik olmalıdır.
O, qeyri-adi bacarığa malik olmalıdır ki, taleyin zərbələrinə və qaçılmaz uğursuzluqlara dözə bilsin.
Deməli, yaxşı lideri mətanətli, xarakterli və uzaqgörən olması fərqləndirir.
Şirkət rəhbərinin önündəki illər ərzində öz müəssisəsini inkişaf etdirilməsi barədə planı olmalıdır.
Siyasətlə məşğul olmayın!
Pul və siyasəti nadir hallarda birlikdə idarə etmək ola bilər. Əgər siz siyasətlə məşğul olacaqsınızsa, onda biznesi unudun. Və ya tərsinə. Pulun siyasətlə birləşməsi ona bərabərdir ki, dinamit partlayışın baş verməsi üçün kibritin alışmasını gözləyir.
Müasir gənclərə 4 sual:
Əsl uğursuzluq nədir? Əsl uğursuzluq mübarizəni dayandırmaqdır.
Çeviklik nədir? Siz hər hansı bir məyusluq, ağır həyat şəraiti, uğursuzluqla qarşılaşanda çevikliyin nə olduğunu başa düşəcəksiniz.
Sizin vəzifəniz nədən ibarətdir? Sizin başlıca vəzifəniz başqalarından daha iddialı, daha çalışqan olmaq və daha çox işləmək olmalıdır.
Yalnız axmaqlar ağzını danışmaq üçün istifadə edir. Ağıllı başı ilə, müdrik isə ürəyi ilə danışır.
Biz burada bütün gücümüzlə yaşamaq üçün varıq!
Mən özümə həmişə deyirəm ki, biz iş üçün yox, iş bizim həyatdan zövq almamız üçün yaranıb. İş başqa insanların həyatını yaxşılaşdırmaq üçün, bütün vaxtını işdə keçirmək üçün deyil. Əgər siz bütün vaxtınızı işə sərf edirsinizsə, onda gec-tez buna görə peşman olacaqsız.
Rəqiblər və rəqabət haqqında:
Yalnız axmaqlar rəqiblərinə qarşı aqressiv yanaşır.
Əgər siz ətrafınızda olan hər kəsə düşmən münasibəti bəsləsəniz, onda onlar gec-tez sizin düşmənləriniz olacaq.
Siz bir-biriniz ilə rəqabət aparanda, nifrətdən uzaq durun, o, sizi məhv edəcək.
Rəqabət şahmat oyunu kimidir. Uduzmusunuzsa, növbəti raundu oynayın. Sizin həmişə daha bir raund oynamaq şansınız var. Vuruşmaq lazım deyil.
Əsil sahibkarın düşmənləri olmur. Elə ki, bunu başa düşdünüz, sizi heç kim dayandıra bilməz.
Ah-nalə və şikayətlər barədə:
Əgər hərdənbir özünüzə ah-nalə çəkməyi rəva bilirsinizsə, bunda qorxulu heç nə yoxdur.
Əgər müntəzəm və tez-tez depressiyaya düşürsünüzsə, həyatdan şikayət edirsinizsə, onda bu, alkoqolizmə oxşayır. Nə qədər çox içsəniz, vəziyyət bir o qədər ağır olacaq. Uğurlu insanların həyat yolunu araşdırsanız, görərsiniz ki, onlar heç vaxt şikayət etmir və sızıldamırlar.
Sizin nə dediyiniz dünyanın vecinə də deyil, sizin nə iş gördüyünüz vacibdir.
Sahibkarlara məsləhətlər:
Əsl imkanlar onları heç kəsin görmədiyi yerdədir.
Əgər müşavirədə iştirak edənlərin 90%-i bu və ya digər təklifə "bəli" deyirlərsə, mən onu dərhal zibilə atıram. Səbəbi sadədir: Əgər bu imkanı bütün adamlar görür və qəbul edirsə, yəqin ki, bunun üzərində digər şirkətlər də işləyir və bu məsələdə bizə liderlik nəsib olmayacaq.
Çalışın ki, əməkdaşlarınız işə həvəslə gəlsinlər.
2001-ci ildə mən səhvə yol verdim. Şirkəti qurduğum əməkdaşlara izah etdim ki, şirkətdə karyera limiti onlar üçün menecerlərin səviyyəsidir. Vitse-prezident və yüksək səviyyəli top-menecerləri işə götürmək üçün elə bilirdim ki, kənar peşəkarları cəlb etmək lazımdır. İllər sonra işə götürdüyüm peşəkarlardan heç kim şirkətdə öz işini davam etdirmədi, əvəzində mənim şübhələndiyim işçilər vitse-prezident rolunun öhdəsindən məharətlə gəlir.
Birinci növbədə müştərilər, ikinci yerdə əməkdaşlar gəlir. Səhmdarlar isə yalnız sonrakı yerdə dayanır.
Yeniliklərə və yeni şəraitə onları digərləri sezməzdən əvvəl uyğunlaşın və tətbiq edin.
Pul qazanmağa başlayandan sonra onları unudun.
Mənim əldə rəhbər tutduğum prinsipimlərim var: işə münasibətin və qəbul etdiyin qərarlar sənin qabiliyyətindən daha vacibdir.
Sən hər kəsi eyni cür düşünməyə məcbur edə bilməzsən, amma hamını ümumi bir məqsədə inanmağa məcbur edə bilərsən.
Bütün əməkdaşlarını eyni cür düşünməyə məcbur etməyə cəhd eləməyin, bu, mümkün deyil. Sizin üçün çalışan insanların üçdə biri sizə inanmırlar. Bunun əvəzinə onları ümumi məqsədlər ətrafında birləşdirin. Ümumi ideyalar ətrafında insanları bir araya gətirmək daha asandır, nəinki bir liderin (hətta inanılmaz rəhbər olsa belə) ətrafında.
Hansısa xırda ideya və hiylələr tətbiq etmək əvəzinə, fikrinizi sabitlik və uzunmüddətli planlar üzərində fokslayın.
İşə münasibətiniz sizin hara kimi gedəcəyinizi müəyyənləşdirir.
Sahibkarlıq haqqında:
Yaxşı imkanları aydın şəkildə izah etmək hər zaman çətindir. Odur ki, sadə və asan dillə izah edilə bilən fürsətlər bir qayda olaraq yaxşı olmur və müsbət nəticələr vermir.
Tərəfdaş qismində sizin bacarıqlarınızı tamamlayan birini tapmalı və razılığa gəlmisiniz. Bunun üçün həmin adamın uğurlu şəxs olması vacib deyil.
Həmçinin ən düzgün adamları axtarın, ən yaxşılarını yox.
Bu dünyada ən etibarsız şey - insanlar arasında münasibətlərdir.
"Pulsuz" - çox bahalı sözdür.
Bu gün asan olmayacaq, sabah daha da pis, amma birisi gün hər şey çox gözəl olacaq.
Nə etmək olmaz?
Sahibkar üçün ən pis keyfiyyət: İrəliyə baxmaq bacarığına malik olmamaq, vəziyyəti adekvat qiymətləndirə bilməmək, yüksək tempi götürmək və onu dəstəkləməyə imkan verməmək.
Əgər rəqibləriniz haqqında hər şeyi bilmirsinizsə və ya onları yaxşı tanımırsınızsa, yaxud da onları təhlükəli görmürsünüzsə, onda siz mütləq itirəcəksiniz.
Əgər rəqibiniz sizdən az, ya da çox zəifdirsə, siz istənilən halda ona rəqib kimi baxmalısınız. Analoji olaraq, əgər rəqibiniz sizdən daha çox güclüdürsə, ondan qorxmaq lazım deyil.
Şəxsi biznes haqqında
Şəxsi biznesə başlamaq - bu, o deməkdir ki, siz sabit gəlirdən, xəstəxana arayışlarından və illik bonuslardan imtina edirsiniz. Digər tərəfdən, bu, o deməkdir ki, sizin gəlirləriniz qeyri-məhduddur, vaxtınızı daha səmərəli istifadə edəcək və sizə daha başqa insanlardan icazə istəmək ehtiyac olmayacaq. Əgər verdiyiniz qərarlar həmyaşıdlarınızın qərarından fərqlənirsə, onda həyatınız bu və ya digər istiqamətdə fərqlənəcək.
Bir qədər uğursuzluq haqqında
İmkanların fərqində olmurlar;
İmkanları qiymətləndirmirlər;
İmkanları anlamırlar;
Kifayət qədər cəld hərəkət etmirlər.
Siz yoxsulsunuz, çünki ambisiyanız yoxdur. Ambisiyalı olmaq - həyatda müəyyən məqsədə nail olmaq və dahi ideyalarla zəngin həyatla yaşamaq deməkdir. Həyatda fərqində olmadığımız və yaxud əlçatmaz cəhətlər olsa da, qeyri-mümkün heç bir şey yoxdur. Ambisiyalarınızın dərinliyi gələcəyinizi təyin edir. Bunu unutmayın!
Aytən
-
İqtisadi gündəm17:10
Rus rublu çökdü: Dollar bu qiymətə yüksələcək
-
Region16:52
Qonşumuz ard-arda iki dəfə silkələndi
-
Kriminal16:15
Ağayevə verilən ittihamın ağırlaşdırılması tələb olundu
-
MDB15:35
Rus ordusu Kupyanska girdi: Xarkov uğrunda döyüşlər gedir
-
Region14:40
Paşinyan 9 noyabr bəyanatını imzalaması haqda: Heç kimin fikri məni...
-
Ekologiya13:10
Sabah hava çiskinli olacaq - PROQNOZ
-
Rəsmi xronika12:44
İlham Əliyev Məhəmməd Yunus ilə görüşdü - YENİLƏNDİ
-
Nida Xəbər 11:52
Ərdoğan ilə Bakıya gələn jurnalistə görün nə hədiyyə etdilər - FOTO