Maraq dünyası
Qollarımı, ayaqlarımı bağladılar və... - Xanım deputatın başına gələnlər HAMINI AYAĞA QALDIRDI
Xorvatiya Milli Məclisində qadın millət vəkilinin şəxsi həyatından paylaşdığı xatirələr Balkan ölkələrindəki qadınları ayağa qaldırıb.
Pubika.az xəbər verir ki, İvana Nincevic-Lesandrik adlı millət vəkili əksəriyyəti kişilərdən ibarət olan parlamentdə aborta getdiyi dövrdə keçirdiyi hissləri danışıb. “Qollarımı və ayaqlarımı bağladılar və aborta başladılar. Həyatımın ən çətin 30 dəqiqəsini yaşadım. Hər saniyəsini xatırlayıram. Bu durumu dəyişməyi düşünürsünüzmü və nə zaman?”, - millət vəkili deyib.
Lakin xorvatiyalı parlamentarinin müalicə olunduğu xəstəxana ona qarşı qaldırılan ittihamları rədd edib.

Bu olaydan sonra ölkədə ginekoloq yanında və əməliyyat əsnasında ağrılı və alçaqca davranışlara məruz qalan yüzlərlə qadın yaşadıqlarını sosial media vasitəsilə paylaşaraq yeni hərəkatın əsasını qoyublar. Bir istifadəçi həkiminin ona müdaxilə etdiyi zaman “seksdəykən ağlamadın, indi də ağzını yum” sözlərini dediyini bildirib.
Xorvatiya Valideyn Haqları Qurumu RODA 400 qadının həyat hekayəsini bir araya toplayıb. İnsan haqları müdafiəçiləri də bu hekayələri Xorvatiyanın böyük şəhərlərindəki küçələrdə səsli formada oxuyub. Həmçinin, bu mətnlər Səhiyyə Nazirliyinə də göndərilib. Nazirlik isə sözügedən qadınların sayının çox az olduğunu söyləyib.
Xorvatiyada aparılan araşdırmaya görə, hər 3 qadından 1-nə ginekoloji müdaxilələr zamanı narkoz vurulmur. Bu müdaxilələrə abort, süni mayalanma və biopsiya da daxildir.
Lakin belə qadınların qəzəbi Xorvatiya ilə məhdudlaşmır. Qonşu ölkə Bosniya və Hersoqovinada 10 gün içində 300-dən çox qadın buna bənzər hekayələrini bölüşüb.
Zümrüd
-
Sosial19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...







































