Maraq dünyası
Sevənlərin NƏZƏRİNƏ: Aşiq olmaq insanı arıqladır
Sevgiyə aid minlərlə şeir, mahnı, dastanlar yazılıb, filmlər çəkilib. Yenə də sevginin əsl formulunu hələlik tapan olmayıb.
Publika.az xəbər verir ki, aşiq olmaq arıqlamaq üçün daima motivasiya qaynağı olmuşdur və aşiq olan insanlar fiziki görünüşünə daha çox fikir verirlər. Mütəxəssislər aşiq olan hər 10 nəfərdən 8-nin arıqladığını müşahidə ediblər. İngiltərənin Birmingham universitetinin araşdırması göstərib ki, aşiq olanlar 5 kilo arıqlayıblar. Araşdırmaya qatılan aşiq qadınların yüzdə 62 faizi, kişilərinsə yüzdə 50 faizi münasibətə başladıqdan sonra çəki itirdiklərini deyiblər.
Belə ki, sevgi hissi bədənimizin biologiyasını dəyişdirən hissdir. Aşiq olan zaman bədənimizdə ifraz olan melatonin, seratonin, adrenalin və oksitosin hormonları obezdən xərçəngə qədər bir çox xəstəliyə şəfa olur. Sevgi bədənimizdə melatonin hormonunu ifraz edərək, immun sistemimizi gücləndirən, hüceyə yenilənməsini sürətləndirən, daha keyfiyyətli yuxu yatmağımıza, asan çəki atmağımıza səbəb olan duyğudur. Aşiq olduğumuzda gözlərimizin və dərimizin parlaması ifraz olunan hormonlarla əlaqədardır.
Unutmayaq ki, ifraz olunan hormonlardan seratoninin digər adı xoşbəxtlik hormonudur. İnsana xoşbəxtlik, canlılıq, yüksək düşünmə qabiliyyəti bəxş edir. Üstəlik artıq enerji və az iştaha səbəb olaraq tez arıqlamağa kömək edir.
Aşiq olan zaman ifraz olan adrenalin hormonu orqanizmin sürətli çalışmasına və daha çox kalori yandırmasına kömək edir. Yəni yediklərimizi daha tez həzm edib çəki atırıq.
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”
-
Region28 Noyabr 22:00Gözəlliyi ilə gündəm olan Gülümün həyat hekayəsi üzə çıxdı - FOTO
-
Sosial28 Noyabr 21:36Bakıda stilist doğuşdan sonra vəfat etdi - VİDEO
-
Magazin228 Noyabr 20:24Fədayə Laçın Azərbaycana qayıdır
-
Pul28 Noyabr 19:36İlon Maskın sərvəti kəskin artdı















.jpg)





















