Maraq dünyası
Pişiklərin ilk dəfə doğulduğu yer tapıldı
Missuri Universitetinin alimləri DNT analizi nəticəsində müəyyən ediblər ki, insanlar və pişiklər arasındakı əlaqə çox güman ki, on min ildən çox əvvəl Bərəkətli Ayparada kənd təsərrüfatının təşəkkül tapması ilə yaranıb.
Publika.az xəbər verir ki, tədqiqat “Heredity” jurnalında dərc olunub.
Tədqiqatçılar insanların ilk dəfə ovçuluq və yığıcılıqdan əkinçiliyə keçdiyi Yaxın Şərqdə Dəclə və Fərat çaylarını əhatə edən Bərəkətli Aypara bölgəsində və ətrafında toplanmış pişik DNT-lərini təhlil ediblər. Komanda həmçinin Avropa, Asiya və Afrikadakı pişiklərin DNT-sini tədqiq edərək 200-ə yaxın genetik markeri müqayisə edib.
Alimlər təsdiq etdilər ki, pişiklər ilk dəfə Bərəkətli Ayparada əhliləşdirilib və oradan bütün dünyaya səyahət edənlər vasitəsilə yayılıblar.
Məskunlaşdıqdan sonra pişik populyasiyaları bir-birindən daha çox təcrid olunub. İndi Qərbi Avropadakı pişiklər Cənub-Şərqi Asiyadakı pişiklərdən genetik olaraq çox fərqlidirlər.
Bu tədqiqat elm adamlarının daha geniş tədqiqat məqsədinin bir hissəsinə çevrilib. Onlardan həm pişiklərə, həm də insanlara təsir edən genetik xəstəlikləri, o cümlədən polikistik böyrək xəstəliyi, korluq və cırtdanlığı öyrənmək üçün biotibbi model kimi istifadə etmək niyyətindədirlər
Ayşən Rəhim
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)





.jpg)


















.jpg)

.jpg)