Hər bir insan gün ərzində 50 yalan danışır: Etiraz etməyin, elə sübutlarımız var ki...
Bizi izləyin

Maraq dünyası

Hər bir insan gün ərzində 50 yalan danışır: Etiraz etməyin, elə sübutlarımız var ki...

Uşaqlıqdan bizə, səbəb nə olursa olsun, yalan danışmamağı, daima doğruları demək təlqin edilib. Lakin artıq yalan "ayaq tutub", insanların gündəlik həyatlarının demək olar ki, hər sahəsinə sirayət edir. Belə bir məşhur ifadə də var: "Həqiqət ayaqqabılarını geyinən ana qədər yalan dünyanı 3 dəfə gəzir".

Bəs, insanın yalan danışmağının səbəbi nədir? Bizi buna nə vadar edir?

Statistik olaraq bir insan günə 50 yalan danışır. Bu, ən mürəkkəbindən tutmuş ən sadəsinə qədər - hər biri ola bilər. ABŞ-ın Massaçusets ştatı Universitetinin psixoloqu Robert Feldmanın araşdırması zamnı məlum olub ki, insanların 60%-i 10 dəqiqəlik söhbətdə ən azı bir dəfə yalan danışır. Orta hesabla, bu müddət ərzində bir insan iki-üç dəfə yalan danışır. Bu anda necə aldatdığımızı və bədənimizə nə baş verdiyini söyləyirik.

Publika.az xəbər verir ki, mütəxəssislər bu mövzu ilə bağlı suallara aydınlıq gətirib.

Ailə psixoloqu Larisa Korçagina deyib ki, hamı yalan danışır, yalnız məqsədlər fərqlidir.

Ekspert qeyd edir ki, insanlar çox vaxt kimisə incitməmək, mübahisə etməmək və yaxşı münasibətlər saxlamaq üçün yalan danışırlar. Sahib olduğumuz və qiymətləndirdiyimiz şeyi itirməkdən qorxduğumuz zaman yalan danışırıq.

“Təsəvvür edin ki, işə gəldiniz və hamıya eyni həqiqəti söyləməyə başladınız, nə baş verər? Özünüzə qarşı mehriban münasibət saxlamaq mümkün olacaqmı? Dürüst olaq - yəqin ki, yox”.

Mütəxəssislər işdə yalanın baş vermə səbəbini insanın özünəhörmət və hissiyyatına olan təhlükə və hədələrdə görürlər. "İşdə öz həmkarlarımıza yalan danışan zaman özünəhörmət və hissiyyatımıza olan təhlükələr, hədələr bizim üzərimizdə hakim olur", - deyə Albert Univeristetinin əməkdaşı Cennifer Arqo deyir. Onun müəllifi olduğu son tədqiqatlar belə deməyə əsas verir ki, insanlar işdə - öz həmkarlarına qarşı yalan danışmağa daha meyillidirlər, nəinki digərlərinə qarşı.

"Biz başqa insanların əhatə dairəsində olanda (xüsusən də bu və ya digər səbəbdən bizim biganə qalmadığımız insanların əhatəsində olanda) özümüz haqda həm də yaxşı təəssürat oyatmaq istəyirik, eyni zamanda özümüzə qiyməti və hörməti də saxlamağa çalışırıq", - deyə Arqo bildirir.

Korçagina bildirib ki, hər kəs yalan danışmaq istədiyi vəziyyət haqqında düşünsə, demək olar ki, bütün cavablar yeganə məqsədə - münasibətləri xilas etməyə yönəldiləcək.

Ailə psixoloqunun sözlərinə görə, insanlar tez-tez həkimlərə də yalan danışırlar. Bəzi hallarda ağrının şiddətini aşağı salırlar, dözmək qabiliyyətini göstərmək istəyirlər, amma gündəlik həyatda diqqətdən məhrum olanlar, əksinə, hisslərini şişirdirlər. Yazıq görünmək istəyirlər.

Ekspert vurğulayıb ki, şüursuz yalan danışanlar da var, qəsdən edənlər də. İkinci halda isə bir insandan həqiqəti qopartmaq və ya ondan faydalanmaq üçün çox vaxt yalan danışırlar. Əksər hallarda insanlar özlərinə yalan danışırlar: “İnsan özünü sakitləşdirmək istəyəndə, bəhanələr axtaranda, çətin hisslər yaşamaq istəməyəndə, onları rədd edəndə, tanımayanda, aşağılayanda, çətin problemləri həll etmək istəmədikdə,özünü inandırırmağa çalışır”,- psixoloq deyib.

Robert Feldman vəziyyəti belə izah edir: "Ehtimal edirik ki, insanlar özünüqiymətləndirmə dərəcələrinin təhlükə altına düşdüyünü hiss edəndə, ən eybəcər, çirkin yalanlardan istifadə etməyə başlayırlar".

İnsanın yalan danışdığını necə bilmək olar?

Bunu etmək üçün həmsöhbəti çox diqqətlə izləmək və dinləmək lazımdır. Onun nəyi necə dediyini izləyin. Əgər o, peşəkar yalançı deyilsə, mütləq özünü ələ verəcək bir şey müşahidə edəcəksiniz.

Psixoloq Larisa Korçagina məsləhət verib ki, fərziyyələrinizi yoxlamaq üçün özünüzə sual verin: “Bu adam bu sözlərdən sonra məndən tam olaraq nə gözləyir?”

Ekspert vurğulayıb ki, təhlükəli alət hesab edilən yalan aşırı olduqda insanı tək buraxa bilər.

Feldman deyir ki, insanlar hər bir şəxsin yalana olan meyillilik dərəcəsindən daha artıq xəbərdar olmalıdırlar. Və yalnız düzgünlük, əsl səmimi münasibətlərin və etibarın yaranmasına vasitəçilik edir: "Düzgünlük cəmiyyətimizdə normaya çevrilə bilsə, biz ən yaxşılardan olacağıq".

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm