Maraq dünyası
Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
Yeni Dehliyə uçan təyyarədə saxlanılan Tarakan xalq partiyası (Cockroach Janta Party) lideri Abhijit Dipke azadlığa buraxılıb.
Publika.az xəbər verir ki, bu barədə ANI nəşri məlumat yayıb. Qeyd edilib ki, siyasətçinin azadlığa çıxmasını onun vəkili Sutik Banerci də təsdiqləyib.
Məlumata görə, tarakanların xalq partiyasının digər iki fəalı da azadlığa buraxılıb.
"Hər üç şəxs azadlığa çıxıb və onlar sərbəst buraxılıblar", - məqalədə yazılıb.
Qeyd edək ki, Cockroach Janta Party Hindistandakı hakim partiya olan Bharatiya Janata Party (BJP) adından ilhamlanaraq yaradılmış və sosial mediada mizah yolu ilə böyüyən gənclər hərəkatıdır. Hindistan Ali Məhkəməsinin baş hakimi Surya Kant işsiz gəncləri tarakanlara bənzətdikdən sonra, gənclər bu təhqiramiz ifadəni bir etiraz simvoluna çevirərək bu hərəkatı başladıblar.
Müəllif: Tural
-
Avropa15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq
-
MDB14:55Putin ad gününü onlarla keçirdi
-
Maraq dünyası14:18Tarakan Xalq Partiyasının rəhbəri azadlığa çıxdı
-
Sağlamlıq13:38Hamının içdiyi bu məhsulun zərərləri də var imiş - Həkimdən xəbərdarlıq
-
Magazin212:21Stetxemin sevgilisi ideal bədən quruluşunu nümayiş etdirdi - Foto
-
Magazin112:05Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Foto
-
İdman10:24Günün oyunları - Afişa
-
MDB10:04Data mərkəzi və yük gəmisi vuruldu
































.jpg)




