İnanc
Məhəmməd Peyğəmbər haqqında gizlədilən film – 96 İLİN SİRRİ AÇILDI
Dünyada Məhəmməd Peyğəmbərlə bağlı ilk film 1920-ci
illərdə çəkiləcəkmiş.
Publika.az xəbər verir ki, bu iddia ilə Türkiyədə kino
üzrə araşdırmaçı Alican Sekmeç çıxış edib.
Onun sözlərinə görə, 1924-cü ildə Amerikanın məşhur kino ulduzu
Betti Bluthe və rejissor Edvard Jose türkiyəli ssenarist Vedat Örfi
Büngü ilə tanış olub: "Onlar Bengüdən Məhəmməd Peyğəmbərin həyatı
ilə bağlı ssenari yazmasını istəyirlər. Bengü 1925-ci ilin ilk
aylarında ssenarini başa çatdırdı və 10 min frank aldı. O, filmdə
baş rolu misirli Yusif Vehbiyə təklif etdi. Lakin Vehbi təklifi
qəbul etmədi. Belə olanda filmi çəkən şirkət Almaniyadan Krausu və
Bengünü Misirə göndərdi. Onlar Vehbini razı saldılar. 1948-ci ildə
Bengü danışır ki, filmin adı "L’Amour de l’Emir" (Əmirin eşqi)
olacaqmış. Bu filmə Misirli rəsmilər də dəstək verəcəklərini
deyiblər. Lakin filmin çəkilişləri baş tutmur".
A.Sekmeç bildirib ki, buna səbəb Misirin müftilər şurasının filmə
qarşı çıxması olub.
"1926-cı ilin 17 mayında Qahirədə dərc olunan "El-Masrah"
jurnalında yayımlanan imzasız xəbər Misir üləmalarını hərəkətə
keçirmişdi. Yazıda "beynəlxalq bir film şirkəti Misirə gəldi və
Məhəmməd Peyğəmbərin filmini çəkəcək. Yufus Vehbi Həzrəti Məhəmmədi
oynayacaq. Bu rol üçün Yusuf Vehbidən foto istənilib, o da verib"
deyə bildirilir. Vehbidən foto istənilməsi bu ehtimalı ortaya
çıxarırdı ki, filmdə peyğəmbərin üzü də çəkiləcəkmiş", - deyə o
bildirib.
A.Sekmeç qeyd edib ki, bu xəbərlərdən sonra Vedat Örfi Bengü və
komandası Misirdə həbs olundu: "24 gün həbsxanada qaldılar. Film
çəkilişindən imtina edəndən sonra azadlığa buraxıldılar. Beləliklə,
həmin ssenari çəkilmədi".
Qeyd edək ki, Məhəmməd Peyğəmbərin həytından bəhs edən yeganə film
"Çağrı" 1976-cı ildə çəkilib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Asif
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































