İnanc
Komitə: “Fatimeyi-Zəhra” məscidi sökülməyəcək
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Əliheydər Zülfüqarovun Bakı şəhəri, Suraxanı rayonu “Fatimeyi-Zəhra” məscidi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Komitə rəsmisi APA-ya bildirib ki, son günlərdə “Fatimeyi-Zəhra” məscidinin guya söküləcəyi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar yayılıb: “Bildiririk ki, bəzi şəxslərin və qrupların sosial şəbəkələrdə məqsədli şəkildə yaydığı, tirajladığı bu məlumatın əsası yoxdur. Əksinə, “Fatimeyi-Zəhra” məscidi ilə bağlı vaxtilə yaranmış məsələ artıq həllini tapıb. Bakı Şəhəri İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə fəaliyyəti nəticəsində məscid 25 sot ərazisi ilə birgə yerli bələdiyyə tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin tam istifadəsinə veriləcək. Hazırda məscid yarımçıqdır və orada nə rəsmi dini icma, nə də rəsmi din xadimi fəaliyyət göstərir. Lakin bundan sonra Qafqaz Müsəlmanları İdarəsi məscidin tikintisini başa çatdıracaq, dini icması yaradılacaq və rəsmi din xadimi təyin olunacaq”.
-
Ekologiya22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO




































