İnanc
Zərdüştlərin müəmmalı "Qəhənbər" bayramı
İranın Cənubi Azərbaycan ərazisinin Təkab şəhərindəki Taxtü Süleyman tikilisində hər il zərdüştlər "Qəhənbər" adlı qədim bayramı qeyd edirlər. Adıçəkilən bina arxeoloji cəhətdən əhəmiyyətli ərazidir.

Bu dini ayin adətən avqust ayının ortalarında qeyd olunur. Zərdüştlər inanırlar ki, Ahurə-Məzda dünyanı cəmi 6 günə var edib. Bayramın əsas qayəsi Ahurə-Məzdanı mədh edib, yada salmaqdır. Bayram adətən 5 gün davam edir. Dini ayınə toplaşan şəxslər növbə ilə su, alov, torpaq və havanı mədh edib, müxtəlif dualar səsləndirirlər. Qəhənbər bayramı ərəfəsində Taxtü Süleyman turistlərin üzünə 5 günlük bağlanır.

Taxtü Süleyman Sasani imperiyasının süqutu dövrünə aid edilir. Bu ərazi su ilə əhatə olunmuş yatmış vulkan kraterindən ibarətdir. Taxtü Süleyman özündə zərdüştlərin məbədini və Sasani imperiyasına aid tarixi tikilini ehtiva edir. Bu bina 2003-cü ildən etibarən UNESCO-nun beynəlxalq irsi kimi qorunur.
Leyla Sarabi
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO














.jpg)






















