İnanc
Tarixdə AŞURA GÜNÜ baş verən MARAQLI HADİSƏLƏR
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir.
Publika.az aşağıdakı icmalda inanclı insanların itaət etdiyi Məhərrəm ayı və onun 10-cu günü olan Aşura günü ilə bağlı dini kitablarda qeyd olunan bir sıra maraqlı faktları oxucuların diqqətinə çatdırır.
Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir.
Məhərrəm ayının özünəxas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı olan Məhərrəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır.
Aşura günü hansı hadisələr baş verib?
1. Aşura günü Allahın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Musa peyğəmbər Firon və ordusunun təqibindən xilas olmuşdu. Firon və ordusu isə sulara qərq edilmişdi.
2. Nuh peyğəmbərin gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdı.
3. Yunus peyğəmbər balığın qarnından məhz Məhərrəm ayının 10-cu günü xilas olmuşdu.
4. Adəm peyğəmbərin tövbəsi həmin gün qəbul edilmişdi.
5. Yusuf peyğəmbər qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdu.
6. İsa peyğəmbər aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səmaya yüksəldilmişdi.
7. Davud peyğəmbərin tövbəsi həmin gün qəbul edilmişdi.
8. İbrahim peyğəmbərin oğlu Hz. İsmail aşura günü dünyaya gəlib.
9. Yaqub peyğəmbərin oğlu Hz. Yusifin həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdu.
10. Və ürək ağrısı ilə qeyd etməliyik ki, Məhəmməd peyğəmbərin nəvəsi Hz. Hüseyn və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində Aşura günü Kərbəlada şəhid olublar.
Zaur H.
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR






































