İnanc
“Özünə 10 dəqiqə ayırmağa vaxtın yoxdursa, deməli...”
Amerikalı yazıçı, özünü inkişaf etdirmək mövzusuyla məşğul olan orator-motivator (ilhamverici natiq), eləcə də layf-kouçinqu üzrə bestsellerlərin müəllifi hesab edir ki, hər kəs səhər 10 dəqiqə meditasiya ilə məşğul olmalıdır.
Publika.az oxucuları yazıçının bu mövzu haqqında fikirləri ilə tanış edib.
İnsanlar məndən tez-tez “Belə enerjili olmağı necə bacarırsan?” deyə soruşurlar. Xoşbəxtlikdən öz seminarlarımda elə bu mövzuda çıxış edirəm. Amma əsl səbəbi odur ki, özünü hazırlamalısan. Mən illərlə bunu edirəm. Mən öz fiziologiyamı, şablon tənəffüs və hərəkətlərimi radikal dərəcədə dəyişdirirəm. Və bunun üçün bir çox üsul var. Hər səhər 10 dəqiqəni ancaq özümə ayırıram. Çünki bundan zövq alıram.
1. Minnətdarlıq hissi
Üç yarım dəqiqəni şükür edirəm. Çünki mən aya çıxan və bunu macəra hesab edən, yerə qayıtdıqdan sonra ömrünün sonunadək depressiyada yaşayan kosmonavt olmaq istəmirəm.
Günə minnətdarlıqla başlamağın səbəbi odur ki, 2 emosiya bütün həyatımızı pozur: Qorxu və qəzəb. Və qorxsanız, həyata heç vaxt minnətdarlıq edə bilməzsiniz. Eləcə də hirslənə, eyni zamanda minnətdar ola bilməzsiniz.
Lakin günə minnətdarlıqla başlasanız, xoşbəxtliyə doğru daha tez irəliləyərsiniz.
2. Təhlil
Sonrakı üç dəqiqə hərəkətlərimin nəticəsinə nəzər yetirirəm. Nə qazandığımı analiz edirəm. Yerinə yetirdiyim və başa çatdırdığım işlərimə görə özümə təşəkkür edirəm.
Artıq uzun illərdir ki, bunu edirəm. Bu, mənim üçün əsasdır, bazadır.
3. Daha nə edə bilərəm?
Və son olaraq “Daha çox necə sevə bilərəm?” sualı üzərində düşünürəm.
Çünki sevgi mənim üçün başlıca hərəkətveici qüvvədir. Bu, söz deyil. Bu, hiss deyil. Əgər siz sevirsinizsə, müstəqil fəaliyyət göstərirsiniz.
Bu 10 dəqiqəlik 3 kiçik addım bütün əzablara son qoymağa kömək edir.
Aytən
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO














.jpg)






















