İnanc
Azərbaycanlılar Ərbəin yürüşündə: 20 min əsgər - FOTOLAR
Ərbəin günündə (qırxıncı gün) Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir. Həmin gün İraqın şəhərlərindən Kərbəla istiqamətində piyada Ərbəin yürüşləri başlayır.
Ərbəin yürüşündə iştirak edən azərbaycanlı fotoqraf Orxan Əzim mövzu ilə bağlı Kult.az-a danışarkən orada zəvvarların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğunu bildirib:
“Təxminən 30 milyon insanın qatıldığı yürüşdə 3 milyon əcnəbi iştirak edir. Ərbəin günlərində Kərbəla şəhərində rəsmi tətildir. Burada şiələr İŞİD üçün əsas düşməndir. Yəni təhlükə bir addımlıqdadır. Amma 20 mindən çox polis və əsgər Ərbəin yürüşlərinə gedən zəvvarları qorumaq üçün səfərbər olub. Zəvvarların təhlükəsizliyi, fiziki-bioloji ehtiyacları ən yüksək səviyyədə təmin edilib”.
Orxan Əzim bildirib ki, zəvvarlar arasında həmyerlilərimiz də var:
“Hər il olduğu kimi, bu il də yürüşə qatılanlar arasında azərbaycanlılar çoxluq təşkil edir. Xüsusi coşqu və sevgiylə iştirak edən həmyerlilərimiz arasında müxtəlif peşə sahibləri, yaradıcı adamlar da var.
Mərasimə qatılanlar üçün bu yürüş İmam Hüseynin timsalında haqq-ədalətin qələbə çalacağı barədə mesajdır”.
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO














.jpg)






















