İnanc
Bencamin Franklinin hər kəs üçün vacib olacaq 13 HƏYAT PRİNSİPİ - FOTO
Bencamin Franklin ABŞ-ın banilərindən biri, yüksək intellektə sahib olmaqla yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi və diplomat kimi məşhurluq qazanıb. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. O, ABŞ-da ilk ictimai kitabxananın və Pensilvaniyada ilk yanğınsöndürmə idarəsinin yaradıcısıdır.
Bencamin Franklin ABŞ-ın baniləri arasında yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan hər üç sənədə imza atıb. Bunlar ABŞ İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiyası və 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni bitirən 1783-cü il Versal sülh müqaviləsidir.
Adı Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyət siyahısına daxil edilən görkəmli dövlət xadiminin portreti 1928-ci ildən ABŞ-ın 100 dollarlıq pul əsginaslarının üzərində təsvir olunur.
Publika.az bu yazıda oxucuları dahi şəxsiyyətin 13 həyat prinsipi ilə tanış edəcək:
1. Mütənasiblik: Sərsəmləməyəcək qədər çox ye, sərxoş olmayacaq qədər iç.

2. Səssizlik: Özün və başqaları üçün faydalı olmadığı halda boş müzakirələrdən uzaq dur.

3. Nizamlılıq: Bütün əşyalarının bir yeri olsun, gördüyün işlərin dəqiq vaxtı.

4. İradə: Görmək istədiyin şeyə qərar ver, qərar verdiyin işi səhvsiz yerinə yetir.

5. Qənaət: Özün və ya başqası üçün faydasız şeylərə pul xərcləmə, pulunu boş yerə israf etmə.

6. Əməksevərlik: Vaxt itirmə, hər zaman lazımlı işlərlə məşğul ol və lazımsız məşğuliyyətləri həyatından çıxart. Həyatı sevirsənsə, vaxtını boşa vermə, çünki həyat vaxtdan ibarətdir.

7. Səmimiyyət: Zərərverici fırıldaqlardan uzaq dur, düzgün və ədalətli düşün və yalnız doğruları danış.

8. Ədalət: Missiyanın nəticəsində yaranan səhvləri və ya faydaları düzgün qiymətləndir.

9. Mülayimlik: İfratlardan uzaq dur, buraxılan səhvlərə qarşı səbirli ol.

10. Təmizlik: Bədənin və paltarın təmiz olmalıdır, ətrafında heç cür çirkinliyə yol vermə.

11. Əmin-amanlıq: Boş müzakirələrdən, tez-tez baş verən və qaçılmaz olan qəzalardan dərhal təsirlənmə.

12. İffət: Gücünü sağlamlığın və uşaqların üçün istifadə et, onu heç vaxt sərsəmliyə, özün və ya başqasının əmin-amanlıq və ya nüfuzuna zərər vermək məqsədilə istifadə etməyin!

13. Təvazökarlıq: İnsanlarla peyğəmbər kimi mülayim, Sokrat kimi ədalətli rəftar et.

Aytən
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI
-
Sosial13:32Bu gündən satışı qadağan edilir - 5 min manatadək cərimə olunacaqsınız
-
Dünya12:43Dolların taxtı silkələnir: Dünya bu valyutalara üz tutur
-
Ekologiya11:57Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Rəsmi xronika11:26Prezident general-qubernatoru təbrik etdi
-
İdman11:18Məşhur futbolçunun özündən 5 yaş böyük həyat yoldaşı: Ona pula görə seçməyib - FOTOLAR
-
Dünya10:18Rusiyanın Afrika planı bəlli oldu: Bu 4 ölkədə...





















.jpg)



















