İnanc
Sevgi kişi üçün nə deməkdir?
Qadın üçün həyat sevgi deməkdir. Kişilərdə belə deyil. Kişi üçün sevgi həyatının yalnız bir hissəsini təşkil edir, çünki onun yerinə yetirməli olduğu başqa vacib işləri var. Əslində, kişilər sevgi şeirlərini və digər sənət əsərlərini aşiq olduqları üçün yazmırlar. Bu məşğuliyyətin onun üçün öz dəyəri var və sevgi ilə heç bir əlaqəsi yoxdur.
Publika.az xəbər verir ki, hind dini xadimi və mistik Oşonun fikrincə, kişilərin həyatında sevgi böyük yer tutmur. Qadınlar üçünsə sevginin ifadəsi ölçüyəgəlməzdir:
"Sevgi kişi üçün musiqidən, poeziyadan və rəsmdən bezəndə dərin sevgiyə qapılmaq, özünü unutmaq istəyi və ya istirahət yeridir. Dünyadan və bütün işlərdən yorulan kişi qadın energetikasının sehrinə düşüb orada ərimək istəyir. Unutmayın ki, yalnız qadın istiliyində istirahət edə bilən kişi sevir və bundan sonra o, rəsm çəkə, şeir yaza, musiqi bəstələyə və ya yenidən rəqs edə bilər. Onun üçün sevgi enerji mənbəyidir. Hansı ki, başqa işləri görə bilmək üçün zəruri təməldir.
Qadınlarda vəziyyət əksinədir, onlar hər bir işi sevgi uğrunda edirlər. Sevməyən qadın heç nə etmək istəmir".
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
Sağlamlıq14:42Saçlarının yarısı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi




















.png)
















