İnanc
İlahi qüvvələrin əlamətlərinə etibar edin!
İlahi qvvələr daim bizimlə danışır. Başımıza gələn bütün bəlalar və bədbəxtliklər Kainatın fəryadıdır: “Dayan! Düz getmirsən! Səni xoşbəxtlik və səadətə aparan təhlükəsiz yoldan kənara çıxdın! Bütün təhlükələrdən qorunmaq üçün sənə dəfələrlə işarə göndərdim ...” kimi daxili səslər bizi bəzən rahat buraxmır. Əslində, hər kəs bu səsi və əlamətləri sezmək qabiliyyətinə malik olmur.
Kainat isə hər zaman qayğıkeşdir, diqqətimizi lazım olan məlumatlara yönəldir. Hər dəfə müxtəlif yollarla işarələr və xəbərdarlıqlar göndərir. Təəssüf ki, biz inadla onun səsini eşitmək istəmirik. Bəlkə də eşidirik və başa düşmürük? ..
Publika.az bu yazıda oxucuları ilahi qüvvələrin göndərdiyi işarələrin dili ilə tanış edib:
1. İncə hisslərin dili
Bu, energetik, emosional və intuitiv vəziyyətimizdir. Bu səbəbdən də özümüzə, ruhumuza və ürəyimizin səsinə qulaq asmaq olduqca vacibdir. Təəssüf ki, müasir insan ürəyinin səsini dinləməkdə çətinlik çəkir.
Əgər içinizdə kəpənəklər uçursa, ruhunuzu qara şübhələr deyil, işıqlı ümidlər bürüyübsə, deməli, doğru yoldasınız. Narahatlıq, ağırlıq, qeyri-müəyyənlik hiss edirsinizsə - səhv yolu seçmisiniz!
2. Həyatın silləsi
Qəlbinizi dinləməyi bacarmasanız da, İlahi Qüvvələr sizi yarı yolda qoymayacaq. Müxtəliş işarə və siqnalların dilindən istifadə edəcək. Sizi təhlükədən xilas etmək üçün bütün işarələri ayağınızın altına sərəcək. Həm yaxşı, həm də pis hadisələrdən xəbərdar edəcək. Ətrafınızdakı dünyaya, insanlara və özünüzə daha yaxından baxın! Belə nişanları yalnız baş vermiş faktdan sonra izah etmək olar.
Bu nişanları anlamadığınız halda, işarələr üç dəfəyə qədər təkrarlanır və sonra İlahi Qüvvələr sizinlə növbəti, daha sərt ünsiyyət üsuluna keçir.
3. Situasiya və nəticə
Bir insan yolundan dönübsə, kainat vəziyyətlərin dilində danışmağa başlayır: razılaşma baş tutmadı, vacib bir görüş pozuldu, həyat yoldaşınız sizi aldatdı və s. ... Bütün vəziyyətlər həyat dərsidir. Bəlkə də İlahi Qüvvələr sizi narahat etmir, əksinə ən pisindən qoruyur?
Bu işarələri anlamır və əsəbiləşirsinizsə, kainatın öyrətmə metodları sərtləşdirilir. Sizə səhv etdiyinizi göstərmək istəyirlər. Ancaq dərs başa düşülübsə və ondan düzgün nəticə çıxarılıbsa, vəziyyət düzəlir və uğursuzluqlar tez bir zamanda uğurlarla əvəzlənir.
4. Uğursuzluq dili
Bu, bir növ “cəza” ya oxşayır. Ya maddi, ya ailədaxili, ya da səhhətinizdə problemlər yarana bilər. Bunun niyə baş verdiyini anlamağa çalışmalısınız. Niyə olduğunu başa düşürsünüzsə, problemlər tədricən aradan qalxacaq. Bu cür uğursuzluqların köməyi ilə İlahi Qüvvələr insanı öz yoluna yönəldir ki, yarım qalmış missiyasını yerinə yetirsin.
5. Birbaşa əlaqə
Əgər reaksiya vermirsinizsə, cəza üç dəfə təkrarlanır, birbaşa əlaqə dilindən istifadə olunur. Uğursuzluqlarınızın səbəbinin sizə izah edən ilahiyyatçı, din xadimi, keşiş və ya müdrik insanların mühazirələrini dinləmək şansı qazanırsınız ki, bu yol da sizi aydınlığa aparıb çıxarır.
6. Təcavüzkarlıq dili
Daha kobud bir müraciət yoludur. Məsələn, evdən çıxarkən divarda böyük hərflərlə “Sən axmaqsan!” yazısını görürsən, bu ifadənin sənə aid olduğunu başa düşməyincə, o sözlər gözünüzə hər gün sataşacaq. Yaxud da hər hansı problem haqqında oturub qara düşüncələrə dalanda qəfildən yıxılır və bir zərbə alırsınız.
Bu, işarələr sizə düzgün qərar vermək üçün göndərilir...
7. Təklif dili
Yadda saxlamağa dəyər. Düşüncənin iştirakı olmadan birbaşa yaddaşın hökmünə əsaslanır. Bir şəxs alkoqol, narkotik, kazino və s. asıllıqdan əziyyət çəkir. Hər kəs əkdiklərini biçir, amma fikrinizi dəyişdirmək üçün hələ də gec deyil - bir şansınız var.
8. Ölüm, ya qalım işarəsi
Kainatın həyat dərsi getdikcə daha kobud və sərt bir vəziyyət alır, “cəzalar” güclənir, sanki sağalmaz xəstəliklər ortaya çıxır, qəzalar baş verir. Nəticədə, bundan heç bir nəticə çıxarmayan bir adam ölümlə üz-üzə qalır.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO