Tarix
Osmanlı sultanı İran şahından Azərbaycan üçün nə istəyib?
Osmanlının son sultanlarından olan II Əbdülhəmid Xanın 174-cü ildönümü ərəfəsində Türkiyədə onun şəxsiyyəti haqda müzakirələr davam edir.
Publika.az xəbər verir ki, ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası (CHP) Əbdülhəmid Xanı tənqid edir, AKP isə müdafiə edir.
"Haber7" saytının yazarı Serkan Üstüner isə Osmanlı sultanının müdafiəsinə qalxaraq, onun atdığı addımları sıralayıb.
Əbdülhəmid Xanın Azərbaycan məktəblərindəki qadağanı götürməsi də onun xidmətləri arasında diqqət çəkir.
Osmanlı məktəblərində (xristian məktəbləri də daxil olmaqla) türk dilinin yaxşı öyrədilməsi əmrini verən Əbdülhəmid Xan İranın nəzarətində olan Cənubi Azərbaycan məktəblərində də türk dili qadağasının ləğv edilməsində böyük rol oynayıb.
Qeyd edək ki, həmin vaxt İranın nəzarətində olan Cənubi Azərbaycanda məktəblərdə türk dilinin öyrədilməsi qadağan idi. Əbdülhəmid Xan 1900-cü ilin oktyabr ayında İstanbula səfər edən İran şahı Muzafferüddin Qacarla görüş keçirir və həmin görüşün nəticəsi olaraq Azərbaycan məktəblərində türk dili qadağası aradan götürülür.
Tarixçilər hesab edirlər ki, Cənubi Azərbaycan türklərinin tarixi kimliklərini qoruyub saxlamasında bu addımın böyük rolu olub.
II Əbdülhəmidin indiki Türkiyədə mövcud olan bir çox şeyin ilk
qurucusu kimi xatırlanır.
- İlk dəfə elektrik enerjisini, təbii qazı gətirib, müasir
əczaçılığı tətbiq edir.
- İlk avtomobili gətirib, 5 min kilometr yol
tikib.
- Dünyanın ilk metrostansiyalarından birini Karaköy-Taksim
arasında inşa etdirib, tramvay qurub.
- Çikaqodan turizm şirkətlərini Türkiyəyə
gətirib.
- Avropa ölkələrinin kəşfiyyat xidmətlərində türk
casuslarının olduğu şəbəkəni qurub. Təsəvvür edin ki, CİA, Mossad
kimi kəşfiyyat orqanlarında MİT casusları var.
- Ziraat bankını yaradıb, ticarət, sənaye təşkilatları
qurub.
- Fabrik və zavodlar açıb.
- Qərbi Türküstana əsgər göndərək yerli xalqı Çinə qarşı
təşkilanlandırb.
- Telefonu Avropadan beş il sonra Türkiyəyə gətirib.
- İstanbul boğazı üzərində iki körpünün xəritəsini
hazırlayıb.
Və saydıqca bitməyən bir çox işlərə imza atıb.
Bu gün Türkiyədə Əbdülhəmidi "Osmanlının sonuncu hökmdarı" olaraq da qeyd edirlər. Halbuki, o,1909-cu ildə taxtdan düşəndən sonra Osmanlını imperiya dağılana qədər daha üç sultan idarə edib.
Asif
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO



















.jpg)



.png)




.jpg)











