İndi işlətdiyimiz əşyalar QƏDİMDƏ BELƏ OLUB
Bizi izləyin

Tarix

İndi işlətdiyimiz əşyalar QƏDİMDƏ BELƏ OLUB

Biz yeni texnologiyadan istifadə edirik, amma istifadə etdiyimiz bir çox əşyaların 100 il, hətta 1000 il yaşı olduğunu unuduruq.

Biz yeni texnologiyadan istifadə edirik, amma istifadə etdiyimiz bir çox əşyaların 100 il, hətta 1000 il yaşı olduğunu unuduruq.

Publika.az bizim istifadə etdiyimiz və günümüzə kimi qoruyub saxlanılan əşyaların ən qədim nüsxələrini tapıb. İstisna deyil ki, bu əşyaların bir çoxu dediyimiz tarixdən də daha tez yarana bilərdi.

Ən qədim corab -1500 il

Yun corablar səndəl ilə geyinmək üçün b.e 300 və 499-ci illərdə Misirdə hazırlanıb, yalnız XIX əsrdə tapılıb.

Ən qədim qeyd dəftəri – 5000 il

Şumer pivəsinin hazırlanma resepti yazılan dəftərdə b.e 3000-ci il tarixi yazılıb.

Ən qədim gün eynəkləri – 800 il

Bu eynəklər Kanadada Baffin adasında tapılıb. Eynək qardan əks olunan günəş şüalarına qarşı istifadə olunub.

İnsanın ən qədim heykəli – 35000-40000 il

Veneranın heykəli Almanıyada Hole-Fels mağarasında tapılıb. Tədqiqatçılar belə düşünürlər ki, müəllifi bilinməyən bu heykəl mamontun dişindən oyulub.

Ən qədim ayaqqabı – 5500 il

Öküz dərisində tikilmiş ayaqqabının sağ tayı ot və keçi peyininə görə tələf olmayıb.

Ən qədim şalvar – 3300 il

Şalvar qərbi Çində tapılıb. Şalvar yun iplə toxunub və çətin naxişlarla işlənib. Ola bilsin ki, şalvar Asiya köçərlərinə aid olub.

Ən qədimi büstqalter – 500 il

Bu büstqalteri Avstriya ərazisində 1390-1485-ci illərdə geyinirdilər. Tapılan ən qədim büstqalter olsa da, tarixdə büstqalterin daha da qədim yaşa malik olduğu yazılır.

Ən qədim qadın əl çantası – 4500 il

Bu çanta Almaniya ərazisində tapılıb. Bu illər ərzində parça və dəri məhv olsa da, yalnız üzərindəki bəzək olaraq düzülən dişlər saxlanılıb.

Ən qədim protez – 3000 il

Elmi tədqiqatların nəticəsində taxta barmaqlar görünüş üçün yox, məhz gəzmək üçün düşünülüb. Onun köməyi ilə insan rahat hərəkət edə bilər, hətta səndəl də geyinə bilərdi.

Ən qədim qoruyucu vasitə - 370 il

Çox istifadəli qoruyucu vasitə 1600-cı illərdə İsveçrədə istifadə olunurdu. Bizim günümüzə onun istifadə qaydaları da gəlib çıxır. Belə ki, istifadə qaydasında xəstəliklərdən qorunmaq üçün onu isti südlə yumaq məsləhət olunurdu.

Ən qədim yuyula bilən tualet – 2000 il

Qədim Efesdə özünü yuya bilən ümumi tualetlər mövcud idi. Oturacaqların altındakı axan su nəcisi yaxın çaya boşaldırdı.

Ən qədim saqqız – 5000 il

Ən qədim saqqız Finlandiya ərazisində tapılan daşlaşmış ağcaqayın ağacından olan saqqızdır. Ola bilsin ki, bu saqqızı ağızda olan xəstəlikləri müalicə etmək məqsədilə istifadə ediblər.

Ən qədim çalğı aləti – 40000 il

Sümükdən hazırlanan fleyta Almaniyanın cənubunda tapılıb. Ən qədim çalğı alətləri insanlar tərəfindən quşun sümüklərindən və ya mamontun dişindən hazırlanırdı.

Yazılan ən qədim musiqi – 3400 il

Qədim dövlət Uqaritdə tapılıb (indiki cənubi Suriya). Musiqi Ay Allahının arvadı üçün yazılıb.

Ən qədim pul qəpik – 2700 il

Türkiyə ərazisində tapılıb. Pul əridilmiş qızıl və gümüşdən hazırlanıb.

Ən qədim qlobus – 510 il

Bu qlobus iki dəvəquşu yumurtasından hazırlanıb. Tədqiqatçıların fikrincə, qlobus Florensiyada, Leonardo da Vinçinin emalatxanasında düzəldilib.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm