Tarix
Məşhurların AĞLASIĞMAZ HƏRƏKƏTLƏRİ: Başına güllə sıxan, səhvən arvadını... - - FOTOLAR
Dahi insanlar bəzən izah olunmayan qəribə hərəkətləri ilə yadda qalır. Hətta bəzilərinin etdiyi ekssentrik hərəkətlər onlara yazdıqları əsərlər qədər məşhurluq gətirib.
Publika.az qeyri-adi hərəkətləri ilə yadda qalan məşhurların siyahısını təqdim edir:
Nikolay Qoqol

Moskvadakı evində olarkən "Ölü canlar" kitabının davamını yandırıb. Qulluqçu Semenin "əlyazmanı yandırmayın", - deməsinə baxmayaraq, əsərin ikinci cildi kül olur.
Aleksandr Düma

Aleksandr Düma bir dəfə duelə qatılmaq üçün püşkatmada iştirak edir. Şərtə görə, püşkatmada uduzan tərəf özünü öldürməlidir. Məğlub tərəf məhz Düma olur və o, özünü öldürmək üçün qonşu otağa keçir. Bir müddət sonra oradan atəş səsi eşidilir. Lakin Düma otaqdan sağ çıxaraq bunları deyir: "Mən atdım, amma güllə yan keçdi".
Uilyam Berrouz
\
Uilyam Berrouz əyləncə gecələrinin birində qonaqları təəccübləndirmək istəyir. Yazıçı oxatan Vilqelma Telyanın hərəkətini (O, oğlunun başında dayanan almanı hədəf alıb, dəqiq vurması ilə məşhur idi) təkrarlamaq qərarına gəlir. Berrouz da onun kimi əzizinin - həyat yoldaşı Con Volmerin başına stəkan qoyaraq tapançadan atəş açır. Lakin güllə yoldaşının başına dəyir və o, yerindəcə keçinir.
Marina Svetayeva

İkinci Dünya müharibəsindən sonra Marina Svetayevanı Tatarıstanın Yelabuqa şəhərinə təxliyə edirlər. Əşyalarını yığışdırmaq üçün ona köməklik edən Baris Pasternak gətirdiyi iplə çamadanını bağlayır. Pasternak gətirdiyi ipin möhkəmliyini sübut etmək üçün belə bir zarafat edir: "İp o qədər möhkəmdir ki, hətta özünü də asa bilərsən". Daha sonra məlum olur ki, aparıldığı Yelebuqa şəhərində Svetayeva məhz həmin iplə özünü asıb.
Mark Tven

1835-ci ildə Yer kürəsinin yaxınlığından kometa uçur. Bu hadisədən iki həftə sonra isə Mark Tven dünyaya gəlir. 1909-cu ildə o, yazır: "Mən bu dünyaya kometa ilə gəlmişəm. Gələn il o dünyanın yanından keçəndə də öləcəm". Elə də olur. Mark Tven kometanın dünyanın yanından keçdiyi günün səhəri, 1910-cu il aprelin 21-də vəfat edir.
Hander Tompson

Hander Tompson yazdığı "Las-Veqasda qorxu və nifrət" romanının ekranlaşdırılması zaman çəkiliş meydanına gəlir. Əsərin qəhrəmanı Raul Dyükanı canlandıran Coni Deppin saçlarını özü qırxır. Dəhşətli dərəcədə sərxoş olan yazar sən demə Depin saçlarını eynilə özünkünə oxşadıb.
Mələk
-
ABŞ00:27ABŞ çox yaxında Pikaks dağına zərbə endirə bilər
-
Hadisə00:15Şahbuzda baş verən dəhşətli qəzada ölənlərin fotoları - Yeniləndi
-
Magazin14 Sentyabr 19:10Xalq artistinin müalicəsi nəzarətə götürüldü
-
Nəqliyyat4 Sentyabr 17:48Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
-
Region4 Sentyabr 15:34Paşinyan Rusiyanı şantaj edir - Ermənistana sərt xəbərdarlıq
-
Rəsmi xronika4 Sentyabr 15:11İlham Əliyev Niderlanda yeni səfir təyin etdi
-
Dünya4 Sentyabr 12:20Bu ölkələr hərəkətə keçdi: Rusiya ilə müharibə başlayır?
-
Magazin14 Sentyabr 12:11Xalq artisti reanimasiyaya yerləşdirildi - FOTO














.jpg)





















