ABŞ prezidentlərinin, Məsud Özilin açılmamış sirləri - – FOTOLAR
Bizi izləyin

Tarix

ABŞ prezidentlərinin, Məsud Özilin açılmamış sirləri - – FOTOLAR

Dünya qəribəliklərlə doludur. Bəzən bunlar o dərəcədə maraqlı olur ki, təəccübünü gizlədə bilmirsən. Publika.az tarixin ayrı-ayrı vaxtlarında baş vermiş maraqlı hadisələri təqdim edir.

Belə ki, qəribəliklərdən biri məşhur "Ferrari" şirkətinin banisi Enso Ferrari ilə türkiyəli futbolçu Məsud Özilin həddən oxşarlığı ilə bağlıdır. Belə ki, ayrı-ayrı ölkələrdə, müxtəlif zamanlarda doğulmuş bu şəxslər həddən artıq oxşardırlar. Bütün bunlar bir yana, Enso Ferrari 1988-ci ildə dünyadan köçüb. Onun ölümündən bir ay sonra Məsud Özil dünyaya gəlib. Onların fotolarına baxdıqda bu iki şəxsin əkiz qardaş olduğunu düşünürsən.

"Titanik" gəmisi haqqında öncəgörmə də maraqlı faktdır. Belə ki, gəminin batmasından 14 il əvvəl – 1898-ci ildə fantastik janrın yazarı Morqan Robertson "Titan" gəmisinin batması haqqında povesti qələmə almışdı. Amma təsadüf bir məqamla yekunlaşmır. Belə ki, hər iki gəmi batmayan hesab edilirdi, oxşar texniki xarakteristikalara malik idi, hər iki qəza vaxtı qayıqların çatışmazlığı müəyyən oldu. Habelə onların ikisi də Şimal Atlantikanda aysberqlə qarşılaşdılar. "Titanik" qəzasından sonra "Faydasızlıq və ya "Titan" qəzası" adlı kitab adlı yenidən nəşr edildi.

Musiqinin inkişafında misilsiz rol oynamış iki şəxsin – dahi bəstəkar Georq Fridrix Hendelin ondan 200 il sonra yaşamış gitaraçı Cim Hendrikslə "qonşu" olması üzə çıxıb. Məlum olub ki, 2 əsr zaman fərqi ilə yaşamış bu dahi musiqiçilər Londonun Bruk-stir küçəsi 25 ünvanında məskunlaşıblar.

Quver bəndində faciə də maraqlı hadisələrdəndir. Belə ki, bəndin inşası zamanı ölmüş ilk fəhlənin adı Corc Tirni idi. O, 1922-ci ilin 20 dekabrında hazırlıq işləri zamanı baş vermiş qəzanın qurbanı olub. Quver bəndinin inşası zamanı baş vermiş faciədə sonuncu fəhlənin də adı Patrik Tirni idi. O, Corc Tirninin oğlu idi. Təsadüf təkcə bununla yekunlaşmır. Ata da, oğul da ayrı-ayrı illərdə, amma dekabrın 20-də faciələrin qurbanı olublar.

1895-ci ildə ABŞ-ın Ohayo ştatında iki avtomobil toqquşur. Təbii ki, bu, adi qəzalardan biri deyildi. Məsələ burasındadır ki, həmin vaxt ştatda cəmi 2 avtomobil vardı.

ABŞ-ın ayrı-ayrı əsrlərdə qətlə yetirilmiş iki prezidenti Linkoln və Kennedi haqqında da maraqlı faktlar var. Hər iki prezident bayram günü ərəfəsində, cümə günü boyunlarlının ardından açılan atəşlə öldürülüb.

Hər iki prezidentin 4 uşağı vardı. Həm Linkolnun, həm də Kennedinin Billi Qrexem adlı dostları vardı. Kennedinin də, Linkolnun da katiblərinin adı Con idi.

Hər iki prezidentin ölümündən sonra vitse-prezident Conson adlı şəxslər oldu. Onların hər ikisi cənubdan idi, hər ikisi demokratları təmsil edirdi.

1975-ci ilin iyulunda Erskin Pourens Ebbin motosikli ilə yol gedərkən taksi sürücüsü tərəfindən vurulur. Qəribədir ki, bundan bir il əvvəl onun 17 yaşlı qardaşı da həmin qəzaya düşmüşdü. Üstəlik Erskinin qardaşı da həmin motosikllə qəzaya uğramışdı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm