Tarix
Azərbaycanda qeyri-adi qala: heç kim onun içərisinə daxil ola bilmir - - VİDEO
Təcavüzkarlardan qaçan qız buraya sığınıb, sonra isə yadelli işğalçıların əlinə keçməmək üçün özünü bu qaladan atıb.
Tarixən bir çox xalqlar yadellilərin hücumundan qorunmaq üçün
yaşadıqları ərazinin ətrafına sədd çəkib. Azərbaycanın müxtəlif
bölgələrində də müdafiə məqsədilə tikilmiş sədlərə — istehkam
qalalarına və ya onların qalıqlarına rast gəlmək olar.
Bunlardan biri də Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndinin
şimal-qərb hissəsində yerləşən Pəri qalasıdır. Tarixçi Məhəmməd
Hacıəhmədovun sözlərinə görə, qala haqqında çoxlu rəvayətlər
söylənilir. Belə rəvayətlərdən birində deyilir ki, Pəri qalası IV-V
əsrlərə aid bir qaladır — Sasanilər dövründə inşa olunub.
Respublikamızın ərazisində, yüksək yerlərdə qalalar çoxdur. Pəri
qalasının orijinallığı, özünəməxsus cəhəti ondan ibarətdir ki,
digər qalalardan fərqli olaraq onu oyub dağın içərisinə tikiblər.
Digər qalalar memarlar tərəfindən tikilib, amma Pəri qalası dağın
içində oyulub.
Qalanın içində üç otaq yerləşir. Qala nə qədər möhtəşəm olsa da,
oraya aparan yol-cığır elə vəziyyətdədir ki, qalanın içərisinə
girmək qeyri-mümkündür.
Onun sözlərinə görə, bəzi tarixçilər qalanın XII-XIII əsrlərdə,
Əmir Teymur dönəmində inşa olunduğunu qeyd edirlər: "Elə Çardaxlar
kəndinin adı da bu qalanın adı ilə bağlıdır. "Çartak" yəni "qaya
üzərində od məbədi" deməkdir. Digər bir rəvayətə görə isə, bu
qalada Pəri adlı qız yadelli işğalçılardan qaçıb gizlənib. Sonra da
yadelli işğalçıların əlinə keçməmək üçün özünü bu qaladan atıb.
Ondan sonra bu qalanın adını Pəri qalası deyiblər".
"Bəzi məlumatlara görə, bu qalaya qamış borularla su və ya süd arxı
çəkiblər. Hətta bu hekayə Nizami Gəncəvinin "Fərhad və Şirin"
poemasının motivlərini xatırladır. Hələ Sovet dövründə, 1980-ci
illərdə Pəri qalasının altında Nizami Gəncəvinin yubileyi qeyd
olunmuşdu. Amma bu məlumatın dəqiq olub-olmaması şübhə altındadır.
Çünki hələ də bu qala tarixçilər tərəfindən yaxşı tədqiq olunmayıb.
Deyilənlərə görə, bu qalanın altında bir qəbir də olub, amma
sonradan həmin qəbir sökülüb. Hətta, qalanın içərisində qızıl da
olduğu söylənilir", — tarixçi bildirir.
Qeyd edək ki, Azərbaycanın şimal-qərb bölgəsi turistlərin daha çox
axın etdiyi məkandır. Belə bir abidə turizmə xüsusi önəm verən
hansısa başqa bir ölkədə olsaydı, daha çox turist cəlb edərdilər.
Uzaq keçmişin yadigarı olan bu abidələr xalqımızın tarixini,
mədəniyyətini öyrənmək baxımından dəyərli mənbələrdir. Onları
sevə-sevə qoruyub saxlamaq, təbliğ etmək, gələcək nəsillərə
çatdırmaq bizim borcumuzdur! (sputnik.az)
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək































.jpg)


