Tarix
Papa və kralların OV ƏYLƏNCƏSİ: uşaqları ovlayır, başını kəsib qurban verirlər - - VİDEO
Beynəlxalq Ədalət Məhkəməsi Doqquzuncu Dairə Şeytan Kultu adlı qlobal təşkilatın cinayətlərini açıb.
Publika.az xəbər verir ki, təşkilata Avropanın
ən nüfuzlu kral ailələrinin üzvləri, Vatikan iyerarxları, hökumətin
və xüsusi xidmət orqanlarının ən yüksək vəzifəliləri daxildir.
Şeytan kultu keçmişdən günümüzə qədər mövcud olub və orada Üçüncü
Reyxin üzvləri də təmsil olunublar. Hazırda müasir dünya elitasının
nümayəndələri kultun üzvləridir. Onlar qara magiyaya inanırlar.
Beş beynəlxalq hakimin apardığı araşdırmada məlum olub ki, dünya
elitasının üzvlərindən ibarət olan kult insanların oğurlanaraq
qətlə yetirilməsi, uşaqların zorlanması kimi cinayətlər törədiblər.
Qurbanların qətlləri, zorlanma halları Vatikan katolik kilsəsinin
katakombalarında, şəxsi malikanələrdə, meşələrdə və Belçika,
Hollandiya, İspaniya, Avstraliya, İrlaniya, Fransa, İngiltərə və
ABŞ-dakı hərbi bazalarda həyata keçirilib.
İrlaniyada, İspaniyada və Kanadada ən azı 34 kütləvi uşaq məzarlığı
var. Həmin ölkələrin hökumətləri və İngiltərə Kral ailəsinin
üzvləri, həmçinin katolik kilsəsinin nümayəndələri bu məzarlığın
açılmasına icazə vermirlər.
Doqquzuncu Dairənin Şeytan Kultunun üzvləri bunlardır: Roma
Papası Fransisk, Kanadanın birləşdirilmiş kilsəsi, Katolik kilsəsi,
kilsə kardinalları, Avropa kral ailələrinin üzvləri, kraliça
Yelizaveta və şahzadə Filipp də daxil olmaqla Kanadanın,
Avstraliyanın, Böyük Britaniyanın, ABŞ-ın, Fransanın, İrlandiyanın
vəzifəli şəxsləri, hərbiçilər, dövlət məmurları, siyasətçilər,
biznesmenlər.
Məhkəməyə danışan şahidlər deyirlər ki, kultun üzvləri
yeniyetmələrə narkotik vururdular, onları lüt soyunduraraq
zorlayırdılar. Daha sonra onları meşələrə buraxaraq vəhşi heyvanlar
kimi ovlayırdılar.
Qadın şahid danışır ki, ov üçün qurbanlar Hollandiya və Belçikada
həddi-buluğa çatmamış uşaqların saxlanıldığı internatdan
gətirilirdi.
"2004-cü ildə mən bilmədən bu işgəncələrə, zorlamalara və
qətllərə şahid oldum. Uşaqlara Niderlandın yüksək vəzifəli
məmurları tərəfindən narkotika verilmişdi. Mən Belçikada, Brüssel
yaxınlığında ova getmişdim. Orada gördüm, təxminən 16 və 14
yaşınlda olan oğlanla qız ov zamanı öldürüldü. Bu ov mərasimi
Niderland Kralının qvardiyası tərəfindən qorunurdu. Mənə dedilər
ki, Belçikanın kralı Albert də orada idi".
Uşaq və yeniyetmə olan zamanı bu kultun cinayətlərinin qurbanına
çevrilmiş dörd şahid hər şeyi danışıb. Zərərçəkmişlər bildirirlər
ki, onların saxlanıldığı yerdə bir çox uşaq zorlanıb və öldürülüb.
Öldürülən oğlan uşaqlarının cinsiyyət orqanları Hollandiyada
sarayların birində ov qənimətləri kimi divardan asılıb. Bu ov
əyləncələrinin bəziləri Belçika kraliçası Beatriksin sarayının
ərazisində keçirilirdi.
Hollandiyalı terapevt Toos Neyenxeysa danışır ki, o, dörd il
ərzində uşaqların qətlinin şahidi olub: "Həmin ovda keçmiş
Papa Yozef Ratsinqer (XVI Benedikt), holland katolik kilsəsinin
kardinalı və şahzadə Bernard iştirak edirdi".
Daha bir şahid təsdiq edir ki, "Mən Yozef Ratsinqerin qızı
necə öldürdüyünü gördüm. Bütün bunlar 1987-ci ildə Fransadakı
qalada baş verirdi. Ratsinqer və Bernardın da iştirak etdiyi qətl
mərasiminə bir çox məşhur insanlar qatılmışdı".
Kütləvi uşaq məzarlıqlarından ən böyüyü 2008-ci ildə Kanadanın
Brantforde ərazisində tapılıb. Lakin hökumət bunun araşdırılmasına
icazə vermədi.
2013-cü ildə Kamlups şəhərindəki katolik internatında 10 uşaq
kraliça Yelizavetanı və şahzadə Filippi tanıdılar. Bu şəxslər
onlara işgəncələrin verilməsi və zorlanmasında iştirak etmişdi.
Bu kult 1933-cü ildə Yezuitlər Ordeni və Vaffen SS adlı nasist
ordeni ilə birgə yaradılıb. Arxiv yazılarına görə, Yozef Ratsinqer
(keçmiş Papa XVI Benedikt) Almaniyanın Ravensbryuk həbs düşərgəsinə
nəzarət edən SS kapellanının köməkçisi idi. O, həmin vaxt
"Qaranlığın Cəngavərləri"ndən biri olaraq da tanınırdı. Ratsinqer
uşaqların qurban verildiyi mərasimlərində iştirak edirdi. Belə
mərasimlərdə qurbanlar düşərgələrdəki uşaqlardan və siyasi
dustaqların övladlarından seçilirdi.
"Magisterial Privilege" adlı digər sənəddə göstərilir ki, uşaq
qurbanlarının verildiyi mərasimlər Vatikanda ənənəvi haldır.
Kaliforniyanın San-Dieqo şəhərindən olan şahid iddia edir
ki, o, Vatikanın altındakı katakombalarda bədəninə narkotika
yeridilmiş üç yaşlı oğlanın qurban verildiyini görmüşdü. Belə
mərasimlərdə uşaqların başı kəsilir və bədəni parçalanır. Onlar
şeytana qurban verilirlər.
Bütün maneələrə baxmayaraq, hazırda məhkəmə işi davam etdirilir.
Lakin bu prosesin sona qədər aparılacağının mümkün olacağı şübhə
altındadır.
Asif
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...













.jpg)







.jpg)
















