Tarix
Atatürkün evlilik təklifinə rədd cavabı verən, futbolçuya aşiq sultan - -FOTO
Sonuncu Osmanlı hökmdarı Vahidəddinin qızı olan Sabiha Sultan 1894-ci ildə doğulub. Sabiha Sultan sarayda qərbli şahzadələr kimi tərbiyə edilmişdi. İşərisində şahlar, şahzadələr və dövrünün Çanaqqala qəhrəmanı olan Mustafa Kamal ona elçi düşür.
İddiaya görə, Mustafa Kamal və Sabiha Sultan görüşmürlər. Mustafa Kamal araçılar vasitəsilə evlilik təklifini çatdırır. Təklif əvvəl Sultan Vahidəddinə gəlir. Vahidəddin ''Belə bir qərarı tək başıma alamam'' deyir və qızından soruşur. Ənvər Paşa - Naciyə Sultan evliliyi kimi bir evlilik istəməyən Sabiha Sultan təklifi rədd edir.
Başqa bir iddiaya görə də, Sabiha Sultan son xəlifə Əbdülməcid Əfəndinin Fənərbaxça Klubunun başçılığına gətirdiyi yaraşıqlı oğlu Şahzadə Ömər Faruk Əfəndiyə aşiq olub və buna görə Mustafa Kamal Paşanın evlilik təklifini rədd edir. Sabiha Sultan və Şahzadə Ömər Faruk Əfəndi 1920-ci ildə evlənirlər.
Mustafa Kamalın Sabiha Sultana dəli kimi aşiq olduğunu iddia edənlər də var.
Tarixçi İlber Ortaylıya görə, Sabiha Sultan və Mustafa Kamal görüşür. Sabiha Sultan Paşanı çox bəyənsə də amma izdivac daha sonra baş tutmur.
Bir başqa iddiaya görə, isə Sultan Vahidəddin, qızının Mustafa Kamal ilə evlənməsini istəyir, ancaq Mustafa Kamal “Bu izdivac ağıza belə alınmasın” deyərək rədd edir.
Bəzilərinə görə, isə Mustafa Kamal, Sabiha Sultanı o qədər sevib ki, övladlıq götürdüyü qıza Sabiha Gökçen adını verir.
Dilrubə Vaqifzadə
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO




















.jpg)


.png)



.jpg)












