Tarix
Fidel Kastronun rəngli ömrü ağ-qara fotolarda
Bu gün Kuba Lideri Fidel Kastro vəfat edib.
Kastro 1926-cı ilin13 avqust tarixində anadan olub. Onun atası hüquq təhsili olan varlı adam idi və minlərlə hektar torpağı var idi. Kastro universitetdə təhsil aldığı illərdə marksizmlə tanış olur. O dövrdə Fideli cəmi 82 nəfər dəstəkləyirdi.
Diktator Batista devrildi və 1959-cu ildə 33 yaşlı Fidel Kuba respublikasının baş naziri seçildi.
Fidel Kastro dünyada ən çox hakimiyyətdə olan üç dövlət başçısından biridir. Birinci yerdə İngiltərə kraliçası Yelizaveta, ikinci yerdə isə Tayland kralıdır.
Həyatı boyu Kastroya qarşı 638 sui-qəsd aktı təşkil edilib.
Amma Fidel həyatında 6 dəfə ölümlə üz-üzə qalıb. 1986-cı ildə insult keçirib. 1994-ci ildə ona qarşı sui-qəsd təşkil edilib. 2006-cı ildə mədə qanaxması diaqnozu qoyulub. 2007-ci ildə ABŞ qaçqını tərəfindən sui-qəsdə məruz qalıb. 2009-cu ildə başqa bir sui-qəsdə şahid olub. 2012-ci ildə insultdan sonra özünə gələ bilməyib. Eyni ilin oktyabr ayında üzə çıxıb.
Qadınlara qarşı xüsusi ehtirası olub və "Ayğır" ləqəbi ilə çağırılıb. Həyatında yüzlərlə qadın olub.
Kommunist ideyalarına görə Fideli 1962-ci ildə kilsədən ayırıblar.
Amerika Fidel rejimini devirmək üçün narazı kubalılara qapılarını açmaq barədə qərar qəbul etdi. Komandant Kubanın bütün təhlükəli cinayətkarlarını həbsxanadan azad edərək Amerikaya yola saldı.
2000-ci ildə Kastro 1 may bayramına ağ idman ayaqqabısı geyinir. Bu hansısa şirkətin reklam kampaniyası idi və tezliklə kubalı uşaqlar üçün pulsuz idman ayaqqabısı gətirildi.
Kastro Havanada 7 saat 10 dəqiqə fasiləsiz çıxış edərək Ginnesin rekordlar kitabına düşüb.
Fidelin bacısı MKİ ilə əməkdaşlıq edərək 1964-cü ildə Floridaya qaçır.
Həddən artıq siqaret çəkən Fidel 59 yaşında bu vərdişini tərgidir.
Fidel sualtı ova böyük maraq göstərirdi. Amma bu da onun ağciyərlərində problemə səbəb oldu.
Publika.az Kuba inqilabının lideri Fidel Kastronun gəncliyinə dair nadir ağ-qara fotoları təqdim edir.
Mələk
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO




















.jpg)


.png)



.jpg)












