Tarix
Türkiyədə adını və dinini dəyişən gizli ermənilər – ŞOK SİYAHI
1915-ci il hadisələrindən sonra Türkiyədəki ermənilərin
əksəriyyəti kimliklərini və dinlərini dəyişərək yaşayırlar.
Publika.az xəbər verir ki, bu ermənilərin bəzilərinin
Ermənistana casusluq etdiyinə dair informasiyalar da var. Bəziləri
isə artıq erməni olduqlarını etiraf edirlər. Misal üçün, ötən il
Tunceli bölgəsində kimliyini gizlədən 12 erməni kilsəyə gedərək,
xristianlığı açıq şəkilə qəbul ediblər.
Lakin hələ də minlərlə erməni başqa ad altında Türkiyədə yaşayır və
fəaliyyət göstərirlər.
Türkiyə mediasına istinadən başqa millətlər və dinlər altında
gizlənən erməni ailələrinin siyahısını təqdim edirik:
Diyarbəkir: 1000 ailə. Kürd, süryani və ələvi kimliyində.
Malatya: 3 min 655 ailə. Kürd və ələvi kimliyində.
Kayseri: 5 min ailə. Türk kimliyində.
Elazığ: 1000 ailə. Kürd və ələvi kimliyində.
Van: 4 min ailə. Kürd kimliyində.
Tunceli: 2 min ailə. Kürd və ələvi kimliyində.
Şanlıurfa: 3 min 500 ailə. Kürd və ərəb kimliyində.
Siirt: 1200 ailə. Ərəb kimliyində. (kiçik qismi isə kürd adı
altında).
Hatay: 1100 ailə. Ərəb kimliyində.
Bitlis: 200 ailə. Kürd kimliyində.
Ərzurum: 3 min ailə. Kürd, ələvi kimliyində. (kiçik qismi türk adı
altında).
Ərzincan: 1300 ailə. Ələvi və kürd kimliyində.
Sivas: 2 min ailə. Kürd və ələvi kimliyində.
Mardin: 1500 ailə. Ərəb kimliyində.
Kahramanmaraş: 3 min ailə. Kürd və ələvi kimliyində.
Adıyaman: 1600 ailə. Kürd kimliyində.
Adana: 2000 ailə. Kürd, ərəb və ələvi kimliyində.
Qeyd edək ki, bu rəqəmlər müxtəlif təşkilatlar və araşdırmaçılar
tərəfindən ortaya çıxarılıb.
Türkiyəli professor Salim Cöhce də bildirib ki, ərəbləşən minlərlə
erməni var: “Vaxtilə amerikalıların da araşdırmalarında bu haqda
faktlar yer alıb. Ərzurumda 500 min erməni kürdləşdi, Tuncelidə 50
min erməni ələvi oldu. Kürd ələvilər deyilənlər əslində, gizli
ermənilərdir. Onlar əslində, asimilyasiya olunmayıblar, sadəcə
gizləniblər. Misal üçün, ərəb dilində danışır, özlərini ərəb kimi
göstərirlər. Lakin gizlində öz kimliklərinə və dinlərinə xidmət
edirlər”.
Asif
-
Nəqliyyat21:36Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
-
Magazin221:24Monika Belluççinin qızı sinə dekolteli, uzun yarıqlı libasda - FOTO
-
Dünya20:48Güclü külək kişini 50 metr havaya qaldırdı
-
Magazin219:48Manaf Ağayev xanımı ilə belə görüntüləndi - VİDEO
-
Avropa19:00Anadan türkürpədən cəza üsulu - Altı yaşlı qızını məcbur edib ki...
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq

































.jpg)

