Tarix
“Arvadım məni zərbəçi ilə aldadırdı” - KREMLİN GİZLƏTDİYİ MƏKTUBLAR
SSRİ yenicə qurulduğu dövrlərdə ənənəvi ailə və ev
təsərrüfatı tənqid olunurdu. Marks və Engels iddia edirdilər ki,
xüsusi mülkiyyətin aradan qaldırılması qadını azad edəcək. Lenin
bundan çıxış edərək, gələcəkdə evdar qadınların işini uşaq
bağçaları və digər müəssisələrin həyata keçirəcəyini deyirdi.
Beləliklə, rəsmi nikah öz-özlüyündə aradan qalxacaq.
Publika.az SSRİ-də ailə modeli və kişilərin
qadınlardan niyə şikayətləndiyi haqda faktları təqdim edir.
1917-ci ilin dekabrında nikahın pozulması və mülki izdivac haqqında
qətnamə ilk dekretlərdən biri idi. Yeni kodeksə görə, nikah, ailə,
qəyyum hüququ, ümumiyyətlə ailədə hər şey bərabər idi. Bu, boşanma
prosedurunu yüngülləşdirir və qadının azad olması üçün kəbinsiz
uşaq məsələsini legitimləşdirirdi.
1926-cı ildən etibarən aliment yalnız birgəyaşayış zamanı doğulan
uşaqlara görə verilirdi.
Lakin Stalin 1936-cı ildə SSRİ-nin yeni konstitusiyasını qəbul etdi
və 1920-ci illərin “yeni əxlaqı”ndan imtina olundu. O, rəsmi nikahı
möhkəmləndirən və abortları qadağan edən yeni ailə kodeksini qəbul
etdi. Bununla belə nikahdan kənar doğulmuş uşaqlara görə aliment
tələb etmək məsələsi ilə bağlı vəziyyət əvvəlki kimi qaldı.
1940-cı ildə “Raboçi” qəzetində “Hüquq məsləhətxanası” adlı məqalə
dərc olundu. Məqalənin müəllifi SSRİ-nin Ədliyyə Komitəsinin
məhkəmə orqanlarını idarə etmə komissarlığının rəhbəri Mariya
Qreuxan idi. Məqalədə izah olunurdu ki, sovet qadını nikahdan kənar
doğulmuş uşağın atası haqqında sənədləri ailələrin qeydiyyatı
idarəsinə təqdim edərək, aliment tələb edə bilər.
Bu məqalədən sonra qəzetin redaksiyasına çoxsaylı oxucu məktubu
daxil oldu. Redaktorlar onlardan yalnız hakimiyyətin mövqeyinə
uyğun olanları dərc etdilər. Digərləri isə hələ də arxivdə
qalır.
Misal üçün, 1940-cı ilin noyabr ayında Fedetov soyadlı qadın öz
övladlarının başına gələnlərdən şikayətlənirdi. O danışırdı ki, iki
oğlu qeyri-rəsmi nikaha daxil olublar, qanunda olmamasına
baxmayaraq, aliment ödəməyə məcbur ediliblər. Buna görə də onlar öz
şəxsi həyatlarını qura bilmirlər.
“Vəziyyət o yerə çatıb ki, kişilər qadınlardan qorxmağa başlayıb.
Çünki hər bir qadında onları aliment ödəməyə məcbur etmək sifəti
görürlər”, - deyə o bildirirdi.
Digər bir məktub isə kişinin şikayəti ilə bağlıdır. Pavlov soyadlı
kişi yazırdı ki, Klimenko soyadlı qadınla ailə qurub. Evləndikdən
sonra arvadı hamilə qalıb: “Lakin tezliklə o, məndən boşandı.
Məndən xoşu gəlmədiyini dedi və zərbəçi olan dəmiryolçuna ərə
getdi. Dəmiryolçudan da iki uşağı oldu”.
Pavlov qeyd edirdi ki, arvadı özünü pis aparır, pomada sürtür,
geyinib-keçinərək veyllənir. Bir çox gözəl gündə onu evdə tək
qoyaraq veyllənməyə gedirdi. Boşanandan sonra, arvadı Pavlovu
məhkəməyə verir və birinci uşağına görə ondan aliment alır. Pavlov
ikinci dəfə evlənir və bir qızı olur. Lakin ayda 300 rubl aliment
ödəməli olduğu üçün ona cəmi 5 rubl qalırdı.
Bununla yanaşı, Yefimov, Suçkinoy, Sak və Kolotinov soyadlı kişilər
də birgə imzaladıqları məktubda qadınlardan şikayətlənirdilər.
“Onlar bizimlə və uşaqlarımızla həyasızcasına davranırlar”, - deyə
kişilər yazırdı.
II Dünya Müharibəsi dövründə isə hər şey bir-birinə qarışdı və
SSRİ-də boşanma dalğası başlandı. Ən çox da cəbhədə olan əsgərlərin
arvadları onlardan üz döndərir, başqaları ilə gedir və onlardan
uşaq doğurdular. Uşaq olandan sonra məhkəmə yeni ailənin xeyrinə
qərar çıxarmağa məcbur olurdu.
Asif
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...













.jpg)







.jpg)
















