Tarix
Tarixdə BU GÜN
![]() |
1997-ci il. Azərbaycan Prezidenti Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərman imzalayıb. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Dövlət Komissiyası yaradılıb. |
![]() |
1973-cü il. İslam Konfransı Təşkilatına üzv ölkələrin maliyyə nazirlərinin toplantısında İslam İnkişaf Bankının yaradılması ilə bağlı bəyannamə imzalanıb. Bank 1975-ci ilin oktyabrında fəaliyyətə başlayıb. Yalnız İslam Konfransı Təşkilatında təmsil olunan ölkələr banka üzv ola bilər. Bankın başlıca məqsədi üzv dövlətlərin və müsəlman icmalarının iqtisadi və sosial inkişafına İslam qanunlarına uyğun şəkildə yardım göstərməkdən ibarətdir. |
![]() |
1990-cı il. BMT Baş Assambleyası miqrant və onların ailələrinin hüquqlarını qoruyan beynəlxalq konvensiya qəbul edib. Konvensiyanın qəbul olunduğu tarix 2000-ci ildən BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. |
![]() |
1921-ci il. SSRİ Xalq Artisti Yuri Nikulin anadan olub (1921-1970). O, bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradıb. Onun iştirakı ilə çəkilmiş məşhur kinokomediyalar sırasında "Brilyant əl", "12 stul", "Quldur qocalar" və digər filmlər var. Yuri Nikulin Leonid Qaydayın filmlərindəki məşhur üç personajdan (Qorxaq, Axmaq və Çoxbilmiş) Axmaq rolunu canlandırıb. Bu personajlar tamaşaçılara "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış" ("Tam ciddi"), "I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmlərindən tanışdır. |
![]() |
1879-cu il. İosif Stalin (İosif Vissarionovoç Cuqaşvili) anadan olub (1879-1953). O, milliyyətcə gürcüdür. 1922-ci ilin aprelində Rusiya KP (b) MK-nın plenumunda MK-nın birinci katibi seçilib. Ona 1943-cü ildə "Sovet İttifaqı Marşalı" rütbəsi, 1945-ci ildə isə məxsusi təsis edilmiş "Sovet İttifaqı Generalisimusu" rütbəsi verilib. Ölümündən bir müddət sonra şəxsiyyətə pərəstişdə ittiham olunan Stalinin adı “Tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyət” siyahısına daxil edilib. |
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






















.jpg)



.png)





.jpg)











