Tarix
Bu kəmər nə üçündür? Səbəbə çox TƏƏCCÜBLƏNƏCƏKSİZ - FOTO
Orta əsrlərdə “sadiqlik kəməri” deyilən və dəmirdən hazırlanan bir əşya olub. O qadınları zorakılıqdan qorumaq və onların “yoldan çıxmaları”nın qarşısını almaq üçün kəşf edilmişdi. Məlum olduğu kimi, o dövrlərdə kişilər xaç yürüşlərinə getdikləri üçün bəzən qadınlarını, yaxud qızlarını aylarla tək qoyurdu. Məhz bu hallarda həmin kəmər qadına taxılırdı. O bu kəmər vasitəsilə həm başqa kişilərdən, həm də öz nəfsindən qorunurdu. Kəmərin açarı isə kişilərin özlərində qalırdı. Qadın isə əri (və ya atası) gələnə kimi bu kəməri gəzdirirdi. Lakin bu kəmərlə bağlı başqa bir versiya da var.
Publika.az “sadiqlik kəməri” ilə bağlı maraqlı faktı təqdim edir:
Bütün bu yuxarıda deyilənlərə baxmayaraq, tarixdə sadiqlik kəmərinin olmasının heç bir sübutu yoxdur. Belə bir fikir də var ki, kəmər orta əsrlərdə baş verənləri məsxərəyə qoymaq üçün müasir insanlar tərəfində düşünülüb.
Ekspertlərin fikrincə, ağır metaldan olan kəmər qadını bir neçə günə öldürə bilərdi. Belə ki, cinsiyyət yollarının bağlanması qadının kiçik ehtiyaclarını ödəməsinə və sadə gigiyenik proseduralarını həyata keçirməsinə mane ola bilərdi.
Ayova universitetinin dosenti Sara Bond kəməri keçmiş əsrlərin sivilizasiyadan geri qaldığını göstərmək və “sübut” etmək üçün müasir cəmiyyətin uydurması hesab edir.
Axı bəzi muzeylərdə, məsələn Britaniya muzeyində “sadiqlik kəməri” eksponatlar arasındadır. Bəs bunu necə izah edək?
Sən demə, bu kəmər yuxarıda deyildiyi ki, xaç yürüşləri dövründə deyil, XIX əsrdə hazırlanıb.
Sadiqlik kəmərini indi də istehsal olunur. Belə kəmərləri seks mağazalarında əldə etmək olar. Seksoloqların fikrinə görə, bu bir çox insanları ehtirasa gətirir.
“Sadiqlik kəməri” ilə bağlı hansı faktın doğru, hansının yanlış olduğunu deyə bilmərik. Seçim sizindir.
Mələk
-
MDB11:18Məşhur feminist öldürüldü - FOTOLAR
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI




































.jpg)
