Gəncədən Rusiyaya sürgün edildi, soyadı şokolada verildi - BABAYEV KİM İDİ?
Bizi izləyin

Tarix

Gəncədən Rusiyaya sürgün edildi, soyadı şokolada verildi - BABAYEV KİM İDİ?

Rusiyanın məşhur şokolad brendi - “Babaevski”nin adı çoxlarımıza qəribə, eyni zamanda doğma gəlib.

Rusiyanın məşhur şokolad brendi - “Babaevski”nin adı çoxlarımıza qəribə, eyni zamanda doğma gəlib. Rusiya və Babayev soyadı arasında əlaqə nədir? Əslində 1922-ci ildə Abrikosovun Moskvadakı qənnadı fabrikinə Pyotr Babayevin adı verilib. Hazırda ОАО – "Babayev qənnadı konserni" ASC adlanır. Babayevlər kim olub?

Gəncədə fəhlə tətilinin təşkilatçısı

Pyotr Babayev 1883-cü ildə Ryazan quberniyasının Kasimov şəhərində azərbaycanlı inqilabçı Həşim Babayevin ailəsində anadan olub. Atası Həşim Babayev Zaqatala dairəsinin İlisu kəndində (İndiki Qax rayonunun İlisu kəndi) dünyaya gəlib. 1878-ci ildə Yelizavetapol qəzasında (Gəncə) fəhlə tətillərinin təşkilatçısı kimi Ryazana sürgün edilib. Burada zavodda işləyən Həşim rus qızı Lyubov Qriqoriyeva ilə ailə qurub. Bu nikahdan onun 8 uşağı dünyaya gəlib. Uşaqlarına azərbaycanlı adı qoymaq istəsə də, yerli hökümət buna icazə verməyib. Nəticədə o övladlarına rus adları - Antonina, Pyotr, İlya, Dmitrı, İvan, Sonya, Qeorqi və Polina qoymağa məcbur olub.

“Babayev qənnadı konserni”nin adını isə onun ikinici uşağı olan Pyotr daşıyır. Belə ki, P.Babayev 20-ci əsrdə Rusiya tarixində baş vermiş 3 inqilabda iştirak edib. Atasının Pyotra təhsil vermək cəhdi uğursuz olub. İbtidai təhsilini başa vurmamış 13 yaşında Ryazanda olan mexaniki fabrikdə usta köməkçisi kimi işləyıb. Sonrakı dövrdə uzun müddət sənətinə uyğun iş tapa bilməyən P.Babayev Baltik donanmasına matros kimi hərbi xidmətə çağrılıb. Burada o, Rusiya Sosial Demokrat bolşeviklər partiyasına üzv olub. 1905-ci il inqilabında yüksək təşkilatçılıq qabiliyyəti ilə fərqlənən P.Babayev sonralar I Dünya Müharibəsində də iştirak edib. Bir neçə dəfə həbs olunan Babayev karserdə vərəm xstəliyinə düçar olur. Xəstəliyinə görə, o, donanmadan tərxis olunur və Rus-Yapon müharibəsinə göndərlir.

Rus qızı ilə evlənir

Müharibədən sonra Kasimov şəhərinə qayıdan P.Babayev burada Natalya Kuznetsova ilə evlənir. 1912-ci ildə onlar Moskvaya köçürlər. Sokolnikdə polis nəzarətində yaşayan Babayev burada tramvay parkına işə düzəlir. 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması ilə P.Babayev ordu sıralarına çağrılır. Alman cəbhəsində vuruşan Babayev igidliyə görə “Georgi xaçı” medalı ilə təltif olunur. 1916-cı ildə yüksək peşəkarlığına görə ordudan geri çağrılır və Sankt-Peterburqdakı hərbi zavoda işə göndərilir.

Çarın devrilməsində iştirak edir

P.Babayevin fəal inqilabçı olur. Rusiyada II Nikolayın devrilməsi ilə nəticələnmiş 1917-ci il fevral inqilabında iştirak edir. Bu fəaliyyətinə görə, Patron Zavodunun nümayəndəsi olur. Bir neçə gündən sonra P.Babayev Petroqrad Fəhlə və Əsgər deputatları Sovetinin üzvü seçilir. Burada o, Petroqrad Sovetinin hərbi təşklatına daxil edilir. 1918-ci ildə RSFSR-in hərbi işlər üzrə komissarı Podvoyski Pyotr Babayevi alman hücumunun qarşısını almaq üçün cəbhəyə ezam edir. Amma ağır xəstəliyi üzündən geri çağrılır və mühüm bir vəzifəyə təyin olunur. P.Babayev qiymətli və əhəmiyyətli avadanlıqların Petroqraddan Moskvaya evakuasiyasına rəhbərlik edir. Daha sonra Babayev Sokolnikovo rayon partiya komitəsinin katibi və bu rayonun deputatı olur.

1918-ci ildə bolşevik partiyasının tapşırğı ilə Tambova göndərilən P.Babayev burada quberniya İcraiyyə Komitəsinin üzvü və Tambov şəhər partiya komitəsinin başçısı vəzifələrində işləyir. Moskvaya qayıdandan sonra partiyanın Moskva komitəsiin üzvü və Moskva şəhər Sovetinin İcraiyyə Komitəsinin üzvü olur.
1919-cu ildə Sokolnikvo Şəhər Sovetinin sədri seçilib. Vəfat edənə qədər də bu vəzifədə çalışır.

Vərəmdən dünyasını dəyişir

Qeyd etdiyimiz kimi P.Babayev donanmada qulluq etdiyi dövrdə vərəm xəstəliyinə yoluxur. Uzuzn müddət bu xəstəlikdən əziyyət çəkir. 1920-ci ilin 25 aprelində dünyasını dəyişir.

Rus zədəganının zavoduna onun adı verilir

1922-ci ildə P.Babayevin adı 1804-cü ildə rus sahibkarı İvan Abrikosov tərəfindən yaradılan zavoda verilir. Sovet hökümətinin düşmən elan etdiyi Abrikosovların isə əlindən hər şey alınır. Zavod 1993-cü ildən Səhmdar Cəmiyyətə çevrilir. 1970-ci ildə zavodda aparılan yenidənqurmadan sonra istehsal olunan şokalad SSRİ-də ən yaxşı məhsul sayılır. Sovet vətəndaşları “Babaevski”, “Osobıy”, “Vanilniy”, “Pilot”, “Vesna”, “Romaşka” və digər şokoladları yaxşı xatırlayırlar. Hər bayramlarda masanı məhz “Babevski” zavodunun şokoladları bəzəyirdi.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm