Tarix
Tarixə diqtə edən şəxsiyyətlərin anaları kim olub? - - FOTO
Hitler, Stalin, Lenin, Çörçil, Kennedi - bütün bu insanlar XX əsrdə tarixin gedişinə ciddi şəkildə təsir ediblər. Onlar haqqında biz demək olar ki, hər şey bilirik, lakin nədənsə bu şəxsiyyətlərin anaları həmişə kölgədə qalıb.
Stalinin anası - Yekatrina Georgiyevna Geladze
(1858-1937). Yekatrina (Keke) Geladze Gürcüstanın kiçik pravoslav
kəndində anadan olub. 17 yaşında Vissarion (Beso) Cuqaşviliyə ərə
gedib. Onun iki uşağı anadan olan kimi ölmüş, üçüncü, İosif isə sağ
qalmışdır. İosif anadan olandan sonra Vissarion çox içməyə
başlayır, buna görə də Keke onu atır. Stalinin anası çox çiddi və
qəddar qadın olub. O, oğluna yaxşı hər şey vermək üçün çox işləyir
və onun yaxşı ruhani olması arzusundaydı. Lakin İosif daha artığını
istəyirdi...

Brejnyevin anası - Natalya Denisovna Mazalova
(1886-1975). Rusiyanın Kursk vilayətinin Kursk şəhərinin Brejnev
kəndində anadan olub. Brejnyevin anası uşaqlıqda yaxşı təhsil almış
və bunu öz övladlarına da aşılamağa çalışmışdı. Leonid İliç
Moskvada rəhbər postlar tutanda da anası Dneprodzerjinskdə öz köhnə
mənzilində yaşayırdı. Ona bir neçə dəfə təklif edilsə də o, adi
sovet pensiyaçısı kimi yaşamağa davam edir.

Çörçilin anası - Cenni Cerom (1854 - 1921). ABŞ-da
anadan olmuş, amerikalı maliyyəçinin qızı olan bu qadın XIX əsrin
ikinci yarısında ən çox tanınan gözəllərdən biri idi. 1874-cü ildə
Çörçilin atasına ərə gedərək İngiltərəyə yollanıb. O vaxtın yüksək
cəmiyyətində qəbul edildiyi kimi Cenni öz oğlunun tərbiyəsini
dayələrə tapşırmış və ona da kifayət qədər soyuq münasibət
göstərirdi. Lakin sonradan onlar yaxşı dost olublar.

Leninin anası - Mariya Aleksandrovna Blank (1835 -
1916). Sankt-Peterburqda anadan olub, yaxşı təhsil alıb, bir neçə
dil bilib. Ərə getdikdən sonra Mariya Aleksandrovna 8 övlad: 4 qız
və 4 oğlan dünyaya gətirib. Bir qədər sonra ərini itirib və bundan
sonra bütün təsərrüfatı öz boynuna götürməyə məcbur olub. Onun 4
övladı inqilabçı olub. Oğlu Vladimirin (Lenin) inqilabi
fəaliyyətini dəstəkləyib və iki dəfə xaricə (1902-ci ildə Fransaya,
1910-cu ildə Stokholma) onu yanına gedib.

Con Kennedinin anası - Rouz Fitscerald (1890 -
1995). 7 illik "yalvarışlar"dan sonra nəhayət ki, 8 oktyabr 1914-cü
ildə Cosef Patrik Kennediyə ərə gedib. Roza və Cozefin 9 övladı
olub. 1969-cu ildə əri ölən Roza Kennedi dul qalıb. O, 22 yanvar
1995-ci ildə 104 yaşında pnevmaniyanın ağırlaşması nəticəsində
vəfat edib. Doqquz uşağının 4-dən və 3 nəvəsindən çox yaşayıb.

Ruzveltin anası - Sara Delano (1854 - 1941). Sara
milliyyətcə yəhudi olub və ailəsi Qayd-parkın yerli
aristokratlarından hesab olunurdu. Franklin kiçik olanda ailəsi
tez-tez Avropaya səfər edib. Buna görə də gələcək prezident bir
neçə xarici dili yaxşı öyrənə bilib.

Adolf Hitlerin anası - Klara Peltsl (1860 - 1907).
Avstriya imperiyasında anadan olub. Məktəbdən sonra 13 yaşlı Klara
Alois Hitlerin (Adolfun atası) evində qulluqçu düzəlir. O, Aloisin
qohumu - eyni qandan olan bacısının qızı idi. Qeyd edək ki, Alois
Klaradan 23 yaş böyük olub. Klara bu evdə öz vəzifəsini nəzərə
çarpmadan və vicdanla yerinə yetirirdi. Mütəmadi olaraq ərinin
istəyinə uyğun olaraq kilsəyə gedir, hətta nikaha girdikdən sonra
da o, əvvəlki qulluqçu statusundan tam azad ola bilmir. İllər sonra
çətinliklə özünü "cənab yüksək çinli məmur"un həyat yoldaşı kimi
görür və ona həmişə olduğu kimi "Alois dayı" deyə müraciət
edirdi.

-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?
-
Avropa10:36Ərdoğan Almaniyanı xəbərdar etdi: Avropa dağılacaq
-
Nida Xəbər 09:48Ermənilərin bizdən aldıqları insanı dəhşətə gətirir...
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto























.jpg)















