Midiyanın məhv etdiyi ölkə barədə DƏHŞƏTLİ FAKTLAR: kəsilmiş başla həzz və... - FOTOLAR
Bizi izləyin

Tarix

Midiyanın məhv etdiyi ölkə barədə DƏHŞƏTLİ FAKTLAR: kəsilmiş başla həzz və... - FOTOLAR

Brokhauz və Yefronun Ensiklopedik lüğətində qeyd olunur ki, Assuriya haqda xatirələr çox tez sıradan çıxdı. Lakin Assuriya dövlət idarəçiliyində yatan təməllər Persiyaya keçdi, oradan da bütün Şərq daxil olmaqla Yunanıstan və Bizansa yayıldı: “Assuriya Misirlə birlikdə mütəşəkkil monarxiya dövlətçiliyinin və administrasiyasının qədim nümunəsini özündə əks etdirir. Biz qədim yunanların ədalət və hüquqlarının təməlini təşkil edən əsas xüsusiyyətlərə görə məhz assuriyalılara və vavilonlara borcluyuq”.

Publika.az qədim Assuriya dövləti ilə bağlı yazını təqdim edir:

Assuriya dövləti – Yuxarı Dəclə çayının ətraflarında yerləşən ərazidə (müasir İraq ərazisində), Babildən şimalda yaranmışdı. Eramızdan əvvəl XXIV əsrdən e.ə.VII əsrə (e.ə. 609-cu il) qədər təxminən 2 min il mövcud olan dövləti Midiya və Vavilonlar süquta uğradır. Tarixçilər Assuriyanı 3 dövrə ayırır: Qədim Assuriya, Orta Assuriya və Yeni Assuriya epoxası. Demək olar ki, bütün Yaxın Asiyanı və Misiri müvəqqəti özünə tabe edən Yeni Assuriya imperiyası (e.ə. 750-620) tarixin ilk imperiyası hesab olunur.

Əsas aktiv işğal siyasətini Assuriya çarlarından II Aşşurnasirpal, III Salmanasar, III Tiqlatpalasar, II Sarqon və digərləri aparırdılar. İşğal olunmuş ərazilərdə üsyana qalxan əhali xüsusi amansızlıqla əzilirdi. Vilayətlərdəki əhalini daha dəhşətli ərazilərə, şəhərlərə, ölkələrə sürgün edirdilər. Hansı ki, 20-ci əsrdə Stalin bu praktikanı iyrənmədən, çəkinmədən edəcəkdi.

Bütün mövcudiyyəti boyu Assuriyanın çiçəklənmə (güclü qonşuları ilə rəqabətə girmək üçün) və eniş (süquta qədər) dövrləri olub. E.ə. 9-cu əsrin əvvəllərində I Tiqlatpalasarın rəhbərliyi ilə Qərbə doğru 30-dan çox yürüş olub: Şimali Suriya, Finikya və Ön Asiyanın bir neçə vilayəti ələ keçirilib. Bir çox ticarət yolları assuriyalıların əlində cəmləşmşdi.

Assuriya qoşunlarının sayı 120 min nəfərə çatırdı. Qoşun piyada, atlı və döyüş arabalarından ibarət idi. Quldar cəmiyətinin inkişafı çoxlu sayda qul tələb edirdi. Buna görə Assuriya çarı II Aşşurnasirpal (884-859) Şimali Suriyaya, Cənubi Qafqaza - orada yaranmış Urartu dövlətinə qarşı yürüşlər təşkil edirdi. 9-cu əsrin ortasında Assuriyaya qarşı Dəməşq başda olmaqla qonşu dövlətlərdə koalisiya yarandı. Karkar yanında (854) gərgin döyüşdən sonra Assuriya qoşunları geri çəkildi. Lakin tezliklə Assuriya yenə fəal xarici siyasət yürütməyə başladı. 8-ci əsrin ortasında çar III Tiqlatpalasar və onun varisləri II Sarqon və Sinexerib Dəməşqi, Cənubi Suriyanı və Qəzzaya qədər Fələstini işğal etdilər.

Sinexerib Vavilondakı üsyanı xüsusi amansızlıqla yatıraraq bu şəhəri yerlə bir etdi və Ninevanı öz paytaxtı elan etdi.

E.ə. 612-ci ildə Midiya və Vavilon qüvvələri birləşərək Ninevanı mühasirəyə aldılar. 3 aydan sonra Nineva təslim oldu. Şəhər tamamilə məhv edildi və talan olundu. Midiyalılar əldə etdikləri qənimətlə geri döndülər, amma Vavilonlar Assuriyanı tam işğal etməkdə israrlı idilər. E.ə. 610-cu ildə Assuriya qüvvələrinin qalan hissəsi də məhv edilərək Fərat çayına atıldı.

Assuriyalıların təsviri incəsənəti əsasən hərbi və dini mövzulara həsr edilb. Çar saraylarında onların qələbələrini, ova çıxmalarını, dini mərasimləri, saray həyatını əks etdirən barelyeflər, daş divarların üzərində həkk olunmuş təsvirləri tapılıb. Bu mövzular Assuriyada inkişaf etmiş heykəltaraşlıq sənətində də təkrar olunmuşdu. Çar saraylarının önündə insan başlı qanadlı öküz heykəlləri qurulub. Bu mifik heyvanlar çarın mistik qoruyucuları kimi təsəvvür edilirdi.

Assuriyanın süqutu assuriyalıların tam məhvi kimi qələmə verilməməlidir. Bu xalq, hansı ki özünü aturay yaxud suray adlandırır, hazırda da müxtəlif ölkələrin – İran, Şimali İraq, Suriya, Türkiyə - ərazisində yaşayır.

Barelyeflərdə, daş divarların üzərində həkk olunmuş təsvirlərdə assuriyalıların nə qədər qəddar olduqlarına rast gəlmək olur. Təsvirlərin birində Assuriya çarı xanımı ilə birlikdə bağında əyləşmiş və qarşısında kəsilmiş düşmən başından həzz alır. Bu cür amansızlıq o vaxt həm də dini-ritual funksiya daşıyırdı.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm