• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

Tarixdə acı xatirələrlə qalan FOTOLAR

  • Tarix
  • 25 İyun 2017 08:00
  • 4 186 Baxış
Tarixdə acı xatirələrlə qalan FOTOLAR

Fotoşəkillər anı əbədiləşdirmək üçün ən yaxşı vasitədir. Hər bir fotoşəkilin maraqlı tarixçəsi olsa da, elə şəkillər var ki, onların tarixçəsi haqqında bilmək belə istəməzsiniz.

Publika.az tarixçəsi ilə insanları dəhşətə gətirən 10 foto haqqında maraqlı faktları təqdim edir:

1. Bu fotodakı qadın Blanka Monniyerdir. O, bir vəkilə aşiq olur. Anası bu izdivacı dəstəkləmədiyi üçün onu 25 il kimsənin bilmədiyi bir otaqda bağlı saxlayır. Müntəzəm olaraq ona yemək-içmək verən qadın vəfat etdikdən sonra bir müddət insan görməyən Blanka dəli olur. 1901-ci ildə anasının ölümündən sonra təsadüf nəticəsində tapılan qız 12 il sonra, 1913-cü ildə özünə qəsd edib.

2. Travis Aleksandr adlı gənc 2008-ci ildə sevdiyi qız Jodi Arias ilə hamam otağında cinsi münasibətdə olur. İntim münasibətdən sonra duşun altında Travisin şəklini çəkən qız onu odlu silahla qətlə yetirib.

3. Tina Uatson ilə əri bal ayına gedib. Dənizin dərinliklərinə baş vuran dalğıclar suyun altında törətdikləri cinayətlərlə tarixə düşüblər. Fotoya diqqətlə baxsanız dənizin dibindəki cəsədi görəcəksiz. Əri Tinanı öldürərək suyun üzünə qayıdarkən görüntülənib. Bu şəkil məhkəmədə dəlil olaraq istifadə olunub və onun sayəsində kişi cinayətdən mühakimə olunub.

4. 1945-ci ildə Amerikada baş verən qəza. Elektrik dirəyinə çırpılan avtomobilin sürücüsü müəmmalı şəkildə naqillərin üzərinə düşərək ölüb. Qəzadan bir neçə dəqiqə sonra çəkilmiş foto.

5. Bu fotoşəkil 2011-ci ildə Nyu-Yorkda çəkilib. Teylor Hadson adlı gənc dostları ilə evdə parti verir. Fotonun maraqlı tərəfi odur ki, Teylor evdə parti vermək üçün buna qarşı çıxan ailə üzvlərini (ana, ata, qardaş) mətbəx bıçağı ilə qətlə yetirib. Gecədən səhərə qədər davam edən parti zamanı cəsədlər evin yataq otağında gizlədilib.

6. Foto 1988-ci ildə Şimali İrlandiyada çəkilmişdir. Fotoda ata çiyinlərinə aldığı oğu ilə küçə kənarında park edilmiş qırmızı avtomobilin yanında dayanıb. Həmin avtomobil bir neçə dəqiqə sonra partlayacaq. İçərisinə bomba yüklənmiş maşının partlaması nəticəsində baş verən terrorda ata və oğlu sağ qalsa da, şəkilin müəllifi və daha 29 nəfər həyatını itirib.

7. Məsum görünən bu fotoda qandonduran nüans qadının 2 gün əvvəl ölmüş olmasıdır. Kişi öz arvadı ilə sonuncu dəfə şəkil çəkdirmək üçün onun cəsədini gözəllik salonuna, daha sonra isə geyim dükanına aparıb. Nəticədə canlı kimi görünən qadın çoxdan vəfat edib.

8. Bu fotodakı 1940-cı ildə 1,3 milyon insanın saxlanıldığı, ağır işgəncələrə məruz qaldığı "Auschwitz" düşərgəsində bir otaqdır. Fotoda oksigensiz qalan insanların ölənə qədər divarları cırmaqladıqları dırnaq izləri əks olunub.

9. 1978-ci ildə Cənubi Amerikanın, Qayana ölkəsində yerləşən Jonestown qəsəbəsində, 911 nəfərin eyni anda toplu olaraq intihar etdiyi an. Dünyada ən dəhşətli kütləvi intihar olaraq tarixə keçən hadisədə ölənlər arasında 300 nəfərin azyaşlı uşaqlar olduğu bildirilib.

10. Gördüyünüz qara obyekt, 1967-ci ildə baş verən kosmos qəzasında həyatını itirən rus kosmonavtı Vladimir Komorovun cəsədidir.

Könül Cəfərli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR