Tarix
Əsir düşərgələrindəki fahişəxanalarla bağlı BİLİNMƏYƏN FAKTLAR - FOTO
II Dünya Müharibəsi zamanı fahişəxanalar nəinki alman əsgərləri, hətta əsirlər üçün də fəaliyyət göstərib.
1942-ci ildə əsir düşərgələrinin fəaliyyətini yaxşılaşdırmaq üçün Henrix Gimler bir təklif irəli sürür. O, əsirlər üçün fahişəxanaların tikilməsini təklif edir ki, ən çox işləyən əsirlər sekslə mükafatlandırılsınlar. Öncə fahişələri əsir düşərgələrindən seçir, daha sonra isə rus, polşalı və yəhudi qadınları cəlb edirdilər.
Əsir qadınları fahişəliyə açıq şəkildə sövq etmirdilər. Onları bu işə həvəsləndirmək üçün, daha az işləyəcəklərini, tibbi kömək alacaqlarını deyirdilər. Hətta fahişəxanada yarım il işlədikdən sonra əsirlikdən azad edəcəkləri ilə müjdələyirdilər.
Fahişəxanada çalışacaq qadınları, öncə tibbi yoxlanışdan keçirir, daha sonra isə yaxşıca yedirdirdilər ki, güclü və sağlam olsunlar. Əsir kişilər fahişələrlə cəmi 15 dəqiqə zaman keçirdə bilərdilər. Fahişəxanaya getmək üçün əsirlər öncə ərizə yazmalı və 2 marka pul ödəməli idilər. Buna isə çoxunun maddi imkanı çatmırdı.
Əsir düşərgələrindəki fahişəxanaların fəaliyyəti ilə bağlı tarixi faktlar müharibədən uzun müddət sonra 90-cı illərdə məlum oldu. Tarixçilər qeyd edir ki, fahişəxanalarda çalışan minlərlə əsir qadın olub və onların hər biri əsir düşərgələrini sağ-salamat tərk ediblər.
-
Hadisə20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə19:15Şəhid anası vəfat etdi - FOTO
-
Hadisə19:00Müharibə veteranı vəfat etdi - FOTO
-
Elm və təhsil18:09Bakı Qızlar Universiteti bağlanır? - Diplom məsələsi necə olacaq?-VİDEO
-
Region16:21Ermənistanda doğum sayı azaldı









.jpg)













.jpg)












