Tarix
Tarixi abidələri terror və müharibələrdən NECƏ QORUMALI?
Bu günlərdə Mosul uğrunda qanlı döyüşlər zamanı İraq ordusu İŞİD döyüşçülərinin xarabalığa çevirdikləri tarixi Ən-Nuri məscidini ələ keçiriblər. Tarixçilərin “iraq qalası” adlandırdıqları bu tarixi əhəmiyyətli tikili terrorçular tərəfindən məhv edilib. Hakim qüvvələr bu vəhşilikdə terrorçuları, onlar isə amerika hərbçilərini günahlandırırlar. Təəssüf ki, Ən-Nuri məscidi son onilliklər ərzində Yaxın Şərqdə məhv edilmiş bir çox tarixi abidədən yalnız birirdir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Mütəxəssislər isə, çətin də olsa bir çıxış yolu tapıblar: tarixi əhəmiyyətli abidə, qala və bu kimi digər tikililər münaqişə bölgələrindən çıxardılıb, muzeylərdə qorunsun.
Bəs insan övladının qürur mənbəyi olan bu abidələri qoruyub, saxlamağın başqa hansı üsulları var?
Publika.az bütün bu sualların cavabını tapmağa çalışıb:
Uçub dağılan minarə

Bir anda qalanın bir neçə tərəfində, ərazidən uzaq məsafələrdə belə, qulaq batıran partlayış baş verir. “Allahu əkbər” sədalarının müşayiətilə minarə yerə düşür.
Bu möhtəşəm tarxi abidə nəinki Mosulun, bütövlükdə İraqın rəmzi idi. Ən-Nuri İraqın “Pizan” qalası sayılırdı.
İraq hökuməti minarənin məhv edilməsindən olduqca məyusdur. Hələ 2015-ci ildə terrorçular Mosulun ən böyük mənəvi və maddi dəyəri sayılan Mosul kitabxanasını partlatmışdılar. Bu mədəniyyət ocağında minlərlə qədim əlyazmalar, traktatlar, fəlsəfə və mədəniyyət elmlərinə aid əsərlər məhv olmuşdu. Terrorçular bununla kifayətlənməyib, Mosul muzeyinin eksponatlarını parça-parça etmişdilər.
XIX əsrdə incəsənət əsərlərini satın almaq dəb sayılırdı. İngiltərənin Konstantinopoldakı fövqəladə səfiri Lord Elqlin türk hakimiyyətinin iznilə Yunanıstan müzeylərində qorunan Parfenonun onlarla barelyef və heykəllərini Londona aparmışdı. Az keçmədi ki, bu dəb halına gəldi və yunan maniyası bütün Avropanı bürüdü. Həmin dövrdə incəsənət əsərlərini toplayan kolleksiyaçılar ən hörmətli şəxsiyyətlər hesab olunurdular. Lakin bəzi incəsənət nümayəndələri bu şəxsləri oğru adılandırmaqdan çəkinmirdilər. Məsələn, Bayron Elqlinə "yunan xalqını talayan barbar" deyə müraciət edirdi. Varlı avropalı kolleksionerlərin əsas gəlir mənbəyi ərəb ölkələri və yunan torpaqları idi. Ərəb torpaqlarından tapılan daş-qaşlar, zinət əşyaları bu şəxslərin sevimli oyuncaqları sayılırdı. Hələ onda mədəniyyət və incəsənət xadimləri düşünə də bilməzdilər ki, nə zamansa onların davamçları bu şəxslərə dəyərləri qoruyub, gələcəyə ötürdükləri üçün minnət hissi duyacaqlar.
Silah gücünə

Ölkənin mədəni irsi, onun vətəndaşları qədər dəyərlidir. Odur ki, bu irs silahlı qüvvələr tərəfindən qorunmalıdır. Hərbi və silahlı qüvvələr mədəniyyət abidələrini nəinki münaqişə dövründə, adi zamanlarda da göz bəbəyi kimi qorumağa məcburdur. Tarixdə buna misal ola biləcək yüzlərlə əhvalat var, və bugünkü Palmir uğrunda savaş da bunun bariz nümunəsidir.
Mədəni-tarixi itkilər

Bəs, bu gün Suriyanın muzeyləri və arxeoloji qazıntılarının taleyi nə yerdədir?
Təəssüf ki, bəzən mədəni irsi qoruyub saxlamaq heç silah gücünə də mümkün olmur. Suriya bu baxımdan günümüzün ən acınacaqlı mövzusudur. Bu ərazidə yerləşən tarixi məbədləri terrorçu qruplar durmadan məhv edirlər. Hətta UNESKO-nun mədəni irsinə daxil edilən “Krak de Şevalye” qalası 2014-cü ildə silahlı qüvvələrin səyinə baxmayaraq, döyüşçülər tərəfindən yerlə yeksan olundu.
Mütəxəssislərin eksponatları muzeylərə aparıb, orada qorumaq fikiri də bəzən nəticəsiz qalır. Buna misal olaraq, Bağdad və Qahirə muzeyləridir. Hələ yaxın keçmişdə bu torpaqları işğal edən ABŞ hərbçiləri 15 minədək eksponat ələ keçirmişdilər ki, onların da sədəcə 4 minini geri qaytarmaq mümkün oldu.2011-ci ildə isə Qahirə muzeylərinin birində Tutanxamon və Nefertitinin qızıl suyuna çəkilmiş heykəlləri yoxa çıxmışdı.
Alimlər düşünürlər ki, mədəni irsi dünya muzeylərinə hissə-hissə paylamaq lazımdır. Yalnız bu halda uğur əldə etmək olar.
Ermitaj muzeyinin direktoru Petrovskiy bu mövzuda həyəcan təbili çalır. Məşhur muzeyşünas qeyd edir ki, tarixi əhəmiyyətli məbədlər və muzeylərin yerləşdiyi ölkələr gözümüzün önündə məhv olur, izi-tozu qalmır. Yeganə sevindirici haldır ki, qədim Babilistanın bir çox dəyərli eksponatları Berlin muzeylərində qorunur. Lakin, hətta tarixdən silinmək qorxusu hiss etsə belə, heç bir dövlət öz dəyərli eksponatlarını digər ölkələrə əmanət etmək istəməz.
Fərqli mədəniyyətlər

6 dekabr 1992-ci idə Hindistanda minlərlə buddist mitinqə toplaşaraq, Bəbri Məscidinin sökülməsini tələb edirdilər. Onlar məscidin qədim məbədlərinin yerində tikildiyi üçün çox hiddətli idilər. Mitinq iştirakçıları cəmi iki saat ərzində möhtəşəm məscidi darmadağın etdilər. Bu qarşıdurmada minlərlə buddist və müsəlman dünyasını dəyişdi. Məsələ burasındadır ki, kimlər üçünsə dəyərli olan bir tikili, digər dindən olan insanlar üçün əhəmiyyətsiz daş toplusudur.
2001-ci ildə isə talib dəstəsi Bamian vadisindəki nəhəng Budda heykəlini yerlə yeksan etdilər. Bundan sonra molla Ömər öz çıxışında qeyd etdi ki, Allah təkdir və ona şərik qoşmaq ən böyük günahdır. Bu hadisə bütün dünyaya səs saldı.
Bəlkə də günah tək İŞİD və talib dəstələrində deyil. Zamanında ən güclü məktəblərdə təhsil almış, tarix və mədəniyyət elmlərinə dair yetərincə bilik toplamış ABŞ hərbçiləri də İraq səmasında barbarlıq edərək hər daşında, qayasında bir tarix yatan abidələri məhv etmişdilər.
Nə qədər ki, müxtəlif mədəniyyətlərdən və dinlərdən olan insanlar digərlərinə hörmət etməyi öyrənməyəcək, o vaxta qədər də tarixin məhvi səngiməyəcək.
Leyla Sarabi
-
Magazin206:16Məşhur aktyorun sevgilisi tamamilə çılpaq poza verdi - FOTO
-
Sosial03:43Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq



























.jpg)










