Tonqalın üstündə EROTİKA: ağlagəlməz İNTİM OYUNLARI - FOTO
Bizi izləyin

Tarix

Tonqalın üstündə EROTİKA: ağlagəlməz İNTİM OYUNLARI - FOTO

Qədim Avropa, Asiya və şərq xalqlarının intim həyatını əks etdirən kifayət qədər arxeoloji tapıntılar var. Qəribədir ki, ən ehtiraslı xalqların yaşadığı slavyan torpaqlarında bu qəbildən olan mənbələr azlıq təşkil edir. Bunun səbəbi isə, həmin dövrün intim həyatı haqda yazan müəlliflərin kilsənin qərarı ilə xalqın gözü önündə edam olunmaları idi. Kilsənin bu sərt qərarından qorxan tarixçilər, öz xalqlarının seksual həyatını qələmə almaqdan çəkinirdilər.

Publika.az xəbər verir ki, Slavyan xalqlarının intim həyatı öz rəngarəngliyilə seçilirdi. Xristianlığaqədərki dövrdə bu ərazidə yaşamış xalqların istənilən bayramları gəclərin sevgi macəraları ilə bitirdi.

Qədim slavyanların “İvana Kupala” bayramlarında gənc qızların tonqalın üzərindən tullanmaqlarının erotik məqsədi var idi. Çünki məhz bu zaman xanımların uzun ağ ətəkləri göyə qalxır, ayaqlarının arasını bürüyən alov isə onlara daha cazibədar görkəm verirdi. Kilsələr intim münasibətlərə təhrik edən bu tip ayinlərin keçirilməsinə qərəzli yanaşır, qadınları cəhənnəm odu ilə qorxudurdurlar.

Qədim slavyan xalqları intim münasibətlərə çox həssas və rəmzi yanaşırdılar. Onlar üçün qadın orqanizmi ana torpağı, kişi orqanizmi isə bu torpağı becərən əkinçini simvolizə edirdi. Odur ki, evlənən cütlüklərin zifaf gecəsi əkin sahələrində gerçəkləşirdi ki, ailə daha bərəkətli və məhsuldar olsun.

Savyan tarixində xristianlığaqədərki dövrdə “fahişə” anlayışı cəmiyyət arasında mənfi düşüncələrə səbəb olmurdu. Bu qadınlar istənilən yola əl ataraq, özlərinə ər axtarırdılar. X əsrdə xristian dininin kütləvi qəbul edilməsi nəticəsində, yolunu azmış qadınlar haqda düşüncələr tamam dəyişdi. Kilsənin yeni qərarına görə, digər kişilərlə eşq macərası yaşayan ailəli və dul qadınlar, toyadək bakirəliyini itirmiş qızlar ağır cəzalara məruz qalırdılar.

Xristianlığaqədərki dövrdə slavyan adətləri qızlara toydan bir gün öncə maqlar və cadugərlərlə cinsi əlaqədə olaraq, öz bakirəliklərini itirməyi təlqin edirdi. 967-ci ildə Knyaz Svetoslav hakimiyyətə gələndən sonra, belə mənəviyyatsız adətlərə qadağa qoyaraq, bu hüququ qızların “qanuni ərlərinə” verdi.

Bir sıra tarixi mənbələrdə isə, slavyan cəmiyyətlərində çoxarvadlılığı sübut edən məlumatlara rast gəlinir. Bizanslı tarixçilər slavyan xalqlarının məişətindən bəhs edən əsərlərində yazırlar ki, burada bir ailədə 2, bəzən isə 4 arvadlılığa rast gəlmək olur. Knyaz Vladimir Svetoslaviçin isə 12 arvadının və 800 kənizinin olduğu iddia olunur.

Xristian dininin bu ərazilərdə hakim kəsilməsi əhalinin seks həyatını sərt çərçivəyə saldı. Kilsənin qərarı ilə çoxarvadlılıq, eşq macəraları böyük günah kimi təqdim edilməyə başlandı. Yeni qanunlara görə, insanlar hətta öz həyat yoldaşları ilə intim münasibətlərinə daha ədəbli və çərçivəli yanaşmalı idilər.

Qeyd etmək lazımdır ki, hətta xiristianlıqdanöncəki adətlərə görə, Roma və Hindistanda qəbul edilən eynicinslilər arasındakı eyş-işrət slavyan xalqlarında qəbuledilməz idi. Burada intim münasibət yalnız kişi və qadın arasında baş tuta bilərdi.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm