Tarix
Qədim Romanın tükürpədən ADƏTLƏRİ - FOTOLAR
Tarixi mənbələrdə Qədim Roma haqda məlumat çoxdur. Lakin bu qədim sivilizasiya haqda bilmədiyimiz onlarla fakt var.
Publika.az Roma haqda bilinməyən ən ağılasığmaz faktları təqdim edir:
Qladiatorların qanını içirdilər

Qədim Romada ölü qladiatorların qanını içirdilər. Onlar hesab edirdilər ki, bu yolla insana həyat gücü gəlir. Bəzi mənbələrə görə, təbiblər döyüşlərdən sonra, qladiatorların cəsədlərindən qan toplayıb, dərman kimi satırdılar. Onlar həmçinin düşünürdülər ki, qladiator qanı epilepsiyanı da, sağaldır.
Ahıl yaşda ölüm

Qədim Romada insanlar çox vaxt cəmi 25 il yaşayırdılar. Gənc qadınlar övlad dünyaya gətirəndə, kişilər isə döyüşlərdə dünyalarını dəyişirdilər. Lakin qocalıq dövrünədək yaşayan romalılar da, az deyildi. Bu ölüm faktlarını nəzərə almasaq, qədim romalılar müasir insan qədər ahıl yaşlarınadək yaşayırdılar.
Çatmaqaş dəbi

Qədim Romada qalın və çatma qaşlar yüksək dünyagörüşün və intellektin göstəricisi idi. Odur ki, dəblə ayaqlaşmaq istəyən Roma qadınları çatmaqaş üçün hər yola əl atır, hətta keçi tükündən özlərinə süni qaş düzəldirdilər.
Stomatologiya

Qədim romalılar öz dişlərinin qeydinə qalır, tez-tez diş həkimlərinə müraciət edirdilər. Hətta arxeloloji qazıntılar zamanı Roma torpaqlarında protez dişli qadının kəllə sümüyü tapılıb.
Zəhər içmək adəti

Eramızın I əsrindən etibarən Romada zəhər içmək dəb halına gəldi. Bir neçə zəhərin birləşməsindən əldə olunan bu qarışım Kral Mitridatın adı ilə bağlı olduğu üçün mitridatium adlanırdı. Onlar hesab edirdilər ki, bu həb immuniteti gücləndirir. Orqanizmi zəhərlərə qarşı dözümlü edir.
Qusmaq mədəniyyəti

Romalıların ən qəribə adətlərindən biri də özünü qəsdən qusdurmaq idi. Onlar bütün yığıncaqlarda acğözlüklə yeyir, bundan sonra isə özlərini qusdurub, mədələrini təmizləyirdilər.
Sidiklə paltar yumaq

Romalılar çirkli paltarları çəlləklərə doldurub, üzərinə sidik tökürdülər. Sonra özləri də çəlləyə girib, ayaqları ilə paltarları tapdalayırdılar. Bu yolla geyimlərinin təmiz və ləkəsiz olacağına inanırdılar.
Leyla Sarabi
-
Sosial03:43Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?


























.jpg)
.jpg)









