Tarix
Orta əsr universitetləri ilə bağlı DƏHŞƏTLİ FAKTLAR: tələbələrə bunu edirdilər ki... - FOTO
Tələbə həyatı çoxlarında, bir qayda olaraq, yataqxana, əzbərçilik, yarıac-yarıtox olmaq və əlbəttə ki, müxtəlif şənliklərlə assosiasiya olunur. Orta Əsrlər dövrünə yaxud daha əvvələ nəzər salsaq, aydın olur ki, bu baxımdan çox şey dəyişməyib. Sadəcə olaraq dəyişilən cəzalar və qəbul qaydalarıdır - günahı olan tələbələr qamçılanırdı və ümumiyyətlə onların universitetə qəbul olması ritualları olduqca qəddar idi.
Publika.az Orta Əsr universitetləri, onların tələbələrilə bağlı bir sıra maraqlı faktları oxuculara təqdim edir:
Hesab edilirdi ki, dərsləri daha yaxşı qavraması üçün tələbəni vaxtaşırı əzişdirmək lazımdır. Orta əsrə aid xeyli sayda mətnlər günümüzə çatıb ki, orada tələbələri döymək və qulağından tutaraq sürümək normal hal sayılırdı. Hətta bəzən kral nəslinin gənclərinə də dəyənək nəsib olurdu. Baxmayaraq ki, məsələn ingilis şahzadələrinin əlinin altında müəllimlərin bütün qəzəbini öz üzərinə alan qapazaltı uşaqlar olurdu.

Orta əsrlərdə tələbənin universitetə daxil olması ilə bağlı “çökdürülmə” ayini haqda Publika.az əlavə yazı ilə çıxış edib. XV əsrin sonuna aid "Manuale Scolarium" adlı kitabda tələbələri universitetə qəbul etmək prosedurunun çılpaq təsviri verilib. Onları döyür, küt qayçı ilə dırnaqlarını tutur, sidik içməyə məcbur edirlər və s. bir sıra dözülməz sınaqlardan keçirirdilər. Auditoriyada hamı şən idi, təbii ki, təhqir olunan abituriyentdən başqa. Lakin görünür, başqa cür mümkün deyildi, “çökdürülmə” ayini haqda yazıda qeyd etdiyimiz kimi ərköyün abituriyentlər tam alçalmalı idilər.
Orta əsr tələbəlik həyatının başqa maraqlı tərəfləri ondan ibarətdir ki, məsələn mühazirələrdə belə şənliklər yer alırdı. XVI əsrdə bir dəfə, Oksfordda tələbə növbəti içki məclisindən sonra birbaşa mühazirə zalında yuxuya gedib. Məşhur şair, Riçard Korbet, hansı ki, həmin vaxt universitetdə müəllim idi, yatan tələbənin ipək corablarını kəsərək götürmüşdü.

Çox vaxt biliyə meyil ifrat dərəcədə olurdu və tələbələr anatomiya üzrə praktikalardan kifayətlənməyərək gecə qəbiristanlıqdan meyitləri çıxarıb, onların bədəninin öyrənilməsinə davam edirdilər. Bəziləri meyiti "isti" olaraq, məsələn dar ağacından birbaşa götürürdülər. Monpelyedə (Fransa), nə vaxt və harada dəfn mərasiminin olmasını xəbər verən bütöv bir şəbəkə fəaliyyət göstərirdi.
XVI əsrdə yaşamış alman yazıçısı Tomas Platter yazırdı ki, tələbə olanda qəbiristanlıqdan oğurladığı yeni meyitlər gözətçiləri qəzəbləndirirdi. Vəziyyət o həddə çatırdı ki, mühafizəçilər, qəbirlərin yanında kimisə görəndə xəbərdarlıqsız arbaletlərdən atəş açırdılar.

Deyəsən, bütün dövrlərdə tələbələr yeyib-içmək və əylənməyə meylli olurdular. Buna görə 1495-cu il tarixli "nümunəvi tələbənin gündəliyi" adlı kitabçada tələbələr üçün bir sıra məhdudiyyətlər təsvir olunub. Kitabda evdən kənarda gecələmək olmaz, bazar ertələri mütləq çimmək, bazarlara çərşənbə günü getmək, boş-boş danışmağa qadağa və s. tövsiyyə və qaydalar yer alırdı. Qaydalara məhəl qoymayan tələbələri yenə qəbulda olduğu kimi alçaldır, dəyənəyin altına salırdılar.
Zaur H.
P.S. Orta Əsrlərdə tələbəliyə qəbul o qədər qəribə rituallarla müşayiət olunurdu ki, müasir insan bu faktları rahatlıqla həzm edə bilmir. Publika.az-da dünən dərc olunan məqalədə orta əsrlərdə universitetə qəbulla bağlı bir sıra dəhşətli işgəncə faktları yer alıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?






































