Tarix
Görün Brejnevin nə qədər sərvəti varmış: Kitab adı ilə gələn gizli milyonlar...
Mərkəzi Komitənin baş katibi Leonid İliç Brejnevin ilk rəsmi maaşı 800 rubl təşkil edirdi. Bunu rublun indiki məzənnəsinə çevirəndə 150 rubla bərabər olur. Lakin təvazökar rəhbər öz aylıq maaşından şikayətlənmirdi. Bəs, hər şey göründüyü kimi idimi?
Müavinətlər, qonorarlar və əlavə gəlirlər
1973-cü ildə Brejnev özünü 25 min rubl məbləğində Lenin premiyasına layiq gördü. Lakin bu məbləğ baş katibin səlahiyyətləri ilə müqayisədə çox xırda idi. Brejnev “Kiçik torpaqlar”, “Dirçəliş” , “Əl dəyməmiş torpaqlar” əsərlərinin müəllifi idi.
Kitablar hər biri 15 milyon tirajla buraxılırdı. Brejnevin xatirələri məktəb proqramlarına daxil edilmişdi. Odur ki, kitablar durmadan satılırdı. Demək ki, 25 min rubl qonorar üzdə olan məbləğ idi. Əslində isə bu trilogiyadan baş katibə küllü miqdarda gəlir qalırdı.
1974-cü ildə Brejnevin maaşı 500 rubl artdı. 1978-ci ildən etibarən isə məvacibə 200 rubl da əlavə edildi. Mənbələrə görə, baş katib bütün maaşını həyat yoldaşına verirdi. Ailə büdcəsini xanım Brejneva idarə edirdi.
Bahalı əyləncələr

Leonid İliç avtomobilləri çox sevirdi. Bəzi mənbələrə görə, onun 50, digər məlumata görə isə 300-dək avtomobili olub. Baş katibin avtomobil sevdasından xəbər tutan məmurlar onun kolleksiyasını zənginləşdirirdilər. Məsələn, İtaliya Kommunist Partiyasının rəhbəri Brejnevə “Maserati Quattroporte” modelini hədiyyə etmişdi. Almaniya kansleri "Mersedes 600", ABŞ prezidenti isə "Limuzin Continental" modelləri ilə Brejnevi sevindirmişdilər.
Brejnevin sevimli məşğuliyyətlərindən biri də ov idi. Mərkəzi Komitənin rəhbəri tez-tez ova getdiyi üçün bahalı silah kolleksiyası var idi.
Daşınmaz əmlak
Leonid İliç uzun müddət Kutuzov prospektində ən ali təbəqə üçün nəzərdə tutulmuş evlərin birində yaşayıb. Onun mənzili 5-ci mərtəbədə idi. 189 kvadrat metrlik evdə 6 böyük otaq var idi.
1978-ci ildə baş katibə 500 kvadrat metrlik ev hədiyyə olunur. Lakin o bu mülkü çox dəbdəbəli hesab edərək, köhnə mənzilində qalmağı üstün tutur.

Pulsuz Brejnev
Həmin dövrdə yaşayan digər liderlər kimi Brejnevin də gizli büdcəsi yox idi. Çünki buna gərək duyulmurdu. Dövlət məmurlarının gündəlik yeməyindən tutmuş, bağ evinədək bütün ehtiyaclarını ödəyirdi. Brejnev bu hala elə alışmışdı ki, cibində pul gəzdirmirdi. Hansısa mağazada sevdiyi bir əşya tapanda pul ödəmədən götürüb, çıxırdı. Hətta çox vaxt katibin cangüdənləri onun yerinə ödəniş edirdilər.
Leyla Sarabi
-
Magazin114:32Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO
-
İdman13:55Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər
-
Hadisə13:21Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
Sosial12:46Sabah yağış yağacaq
-
Nida Xəbər 10:54Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq
-
Nida Təhlil 10:30"Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?






































