Tarix
Tunc dövrünə aid tapıntı BİBLİYA HADİSƏLƏRİNƏ MEYDAN OXUYUR
Genetiklər aydınlaşdırıb ki, müasir Livan əhalisinin 90%-i Bibliyada adı çəkilən, müəmmalı qədim xalq olan xanaanların törəmələridir.
Publika.az bildirir ki, tədqiqatçılar qədim Sidon (indiki Sayda, Livan) liman şəhərində 5 ədəd 3700 il yaşı olan qəbirdən götürülmüş nümunələr əsasında xanaanların genini öyrənə bilmişlər.
Alimlər Mark Haber və Kris Tayler-Smitt götürülmüş DNT-ləri Avrasiyanın qədim əhalisinin genləri ilə müqayisə edərək, bu qənaətə gəlirlər ki, xanaanlar yerli aborigenlərlə qərbdən gələn miqrantların qarışığından törənmiş xalqdır. Yerli aborigenlər təqribən 10 min il əvvəl Levant – indiki İordaniya, Suriya, Livan, İsrail və Fələstin ərazisində yaşamışlar. Qərbdən miqrantlar isə bu ərazilərə təxminən 6600-3350 il əvvəl gəlməyə başlayıblar.
Xanaanlar bir çox arxeoloqları heyran edirlər. Onlara həm də ilk əlifbanın yaradılması şamil edilir. Nə qədər paradoksal olsa da, onlar haqda elmə məlum olan nə varsa düşmənləri tərəfindən qalıb. Daha dəqiq, misirlilər, yunanlar və israillilər daxil olmaqla xanaanlar haqda bilgiyə məhz rəqiblərindən qalma mətnlərdən sahibik.
İndi maraqlı olan budur ki, Mark Haber və Kris Tayler-Smitt qədim xanaanların genini hal-hazırda Livandan olan 99 nəfərlə müqayisə ediblər. Məlum olub ki, Livan sakinlərinin 90%-in DNT-si məhz qədim xanaan DNT-si daşıyır.
Bibliyada isə Xanaan əhalisinin demək olar ki, tam məhv edilməsindən bəhs edilir. Belə çıxır ki, Bibliya məlumatları bir qədər şişirdilib, xanaanlar tam olaraq məhv edilməyiblər.
Zaur H.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

























.png)










.jpg)
.jpg)