Fidel Kastronun həyatında MAGİYANIN ROLU
Bizi izləyin

Tarix

Fidel Kastronun həyatında MAGİYANIN ROLU

Böyük komandante bir qədər əvvəl, 2016-cı ildə həyatla vidalaşdı. Bizim üçün, həm də bütün dünya üçün kim idi bu təxminən mifoloji qəhrəman? Kubada inqilab qalib gələndən sonra, əhali 2 yerə bölünür - Kastronun ehtiraslı pərəstişkarlarına və eyni zamanda alovlu düşmənlərinə.

Publika.az xəbər verir ki, XX əsrin nəhəng personajının həyatı və taleyi haqqında yenicə "Fidel Kastro" adlı tammiqyaslı bioqrafiya çapdan çıxıb. Bu barədə kitabın müəllifi yazıçı, jurnalist Maksim Makarıçev "Komsomolskaya Pravda" radiosuna danışıb.

Təbii ki, müəllif, Kuba inqilabının rəhbəri haqda bilmədiklərimizə kitabda aydınlıq gətirib.

- Deyirlər ki, Kubada Fideli müqəddəs simaya çevirmək istəyirlər...

- Müqəddəs... Çətin belə olsun. Fidel özü deyirdi: “Özünə büt yaratma”. Əlavə edirdi: “Mənə heç abidə qoymaq da lazım deyil”. Parlamentin sessiyası toplaşdı və deputatlar qərara gəldilər ki, Fidelin adına nə bir küçə, nə də bir şəhər adı olacaq. Bundan başqa, ölkədə onun bir dənə də olsun heykəli olmayacaq. O həmçinin deyirdi: "Bizim inqilabımız şəxsiyyət kultu əsasında deyil, bizim inqilabımız prinsiplər əsasında qurulub".

Fidelin bütün həyatı rəmzlərlə bağlıdır. O, mifoloji şəxsiyyətdir. 9 yanvar 1959-ci ildə Havanaya daxil olur, meydanda çıxış edir, əfsanəvi sözləri "Kubalılar, mən sizə azadlıq gətirdim", söyləyəndə, birdən səmada bir sürü ağ göyərçin peyda olur və bir göyərçin onun çiyninə oturur. Çoxları hesab etdilər ki, santeriyanın allahları onu öz müdafiəsi altına götürdü.

- Santeriya haqda danışın...

- Bu, Afrika inancları ilə katolisizmin unikal sintezidir. Santeriya öz başlanğıcını Nigeriyanın “Yoruba” tayfasından götürür. Təxminən 1 milyon insan bu tayfadan qul kimi Kubaya aparılmışdı. Və tədricən Afrikadan gətirdikləri kult katolik xristianlığı ilə qarışdı. Santeriya belə yarandı və o, özündə allah və onun 16 təcəllilərini birləşdirir. Göyərçin Santeriya rəmzlərindən biridir. Fideli 6 yaşında Santyaqo şəhərinə oxumağa göndərirlər. O, öz müəlliməsinin yanında məskunlaşır, əslində, məhz o, Fidelin valideynlərini inandırır ki, onu təhsil almağa göndərmək lazım. Orada Fidel ehtiyac içində, ağır şəraitdə yaşamağa məcbur olur. Müəlliməsi onun atasının göndərdiyi pulları xərcləyir, Fidel isə tavanı daman otaqda yatırdı. Yatağı islanır və o, ağır xəstənir: söhbət həyat və ölüm mübarizəsindən gedirdi. Kuba o zaman təbabətlə dostluq etmirdi, yaşlılar da oğlanı türkəçarə həkiminə göstərirlər. Əfsanə dolaşır ki, məhz o, Fidelə "döyüşçü təcəssümü edir". Yəni əgər sağalacaqsa, döyüşçü olacaq deyə sanki büyüləyir. Fidelin uzun ömür və davamlılığını bu magiya ilə əlaqələndirirlər.

- Qızı haqda da kitabda bir sıra məqamlar yer alıb, o tez-tez küsürdü ki, atası ona çox az vaxt sərf edir və ölümünə qədər onunla danışmadı...

- Əlbəttə, haqqında qalmaqallı söz-söhbətlər gələndə, Fidel ona diqqət yetirirdi. Sadəcə olaraq, qızın davranışları bir növ Qalina Brejnevanı xatırladır. Alina da əyləncə tərəfdarı idi, şən vaxt keçirməyi çox sevirdi. O danışırdı ki, Kubadan gizlicə qaçıb. Əslində isə onu sadəcə başdan elədilər, bir növ ondan qurtulmaq üçün. O, ABŞ-ın Mayami şəhərində məskunlaşdı və radio verilişləri aparmağa başladı.

P.S. Publika.az olaraq düşünürük ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də Fidel Kastro tərəfdaşları var. Bu baxımdan Maksim Makarıçevin yenicə çapdan çıxan "Fidel Kastro" adlı tammiqyaslı bioqrafiyası haqda qısa məlumat verdik.

Hazırladı: Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm