Milyonları olan, amma ailəsi pulsuzluqdan "sürünən" ƏN XƏSİS ADAM - FOTO
Bizi izləyin

Tarix

Milyonları olan, amma ailəsi pulsuzluqdan "sürünən" ƏN XƏSİS ADAM - FOTO

Henrietta Qrini "Uoll-Stritin ifritəsi" adlandırırlar. Bu qadın XIX əsrin sonunda XX əsrin əvvəllərində Nyu-Yorkda həyata keçirilən bütün böyük maliyyə əqdlərinə təsir etmək imkanına malik idi. Az qala hər işbaz ona borclu idi, Hettinin sərvəti isə milyon dollarlarla ölçülürdü.

Lakin o, təkcə ən varlı qadın kimi yadda qalmadı, həm də inanılmaz xəsisliyi ilə tarixə düşə bildi.

Publika.az bu mənfur qadın haqda, onun məntiqə uymayan xəsisliyi barədə oxucuları bilgiləndirir.

Гетти Грин в юности. | Фото: cs6.livemaster.ru.

Henrietta (Hetti) Qrin 1834-cü ildə zəngin və dindar ailədə anadan olub. Valideynləri “balina ovu” biznesi ilə məşğul olur, uşağın tərbiyəsini isə, onun babası Hideon Halendə həvalə edirlər. Babası nəvəsinin təhsilinə özünəməxsus şəkildə yanaşır. Mühasibat hesabatları onun tədris vəsaitləri, maliyyə məlumatlarını ucadan oxumaq isə onun üçün əlifbanı əvəzləyirdi. Üstəlik, hər oxunulan xəbərə görə, qızcığaz bir neçə sikkə alırdı, hansı ki, onları dərhal xərcləmirdi, öz bank hesabına köçürürdü.

Artıq 13 yaşında Hettiyə bütün ailə mühasibatı etibar edilir. Ata limana gedəndə, qızını özü ilə aparırdı. O yüklənmə-boşaldılma prosesini izləyir, əliəyri dənizçilərin cəzalandırılmasını öz gözləri ilə görürdü.

Нью-Йорк. Нижний Манхэттен. Первая половина ХХ века. | Фото: april-knows.ru.

Hettinin 15 yaşı tamam olanda valideynləri onu Boston məktəbinə verirlər. Onların istəyi bu idi ki, qızları klassik təhsil alsın, amma bir məsələni hesaba almamışdılar: Hetti aydın başa düşürdü ki, o, nə istəyir. Qız təhsildə heç bir faydanın olmadığını düşünürdü. Onun müvəffəqiyyəti də dəhşətli dərəcədə aşağı idi. Yalnız riyaziyyat fənni üzrə unikal nəticələr göstərirdi. Məktəbdə Hetti az qaldı, mühasib kursuna düzəldi, artıq 1 illik tədrisdən sonra bəyan etdi ki, ona nə lazımdırsa, hər şeyi bilir.

Bir dəfə valideynləri Hettiyə bütün qışı keçirmək üçün Nyu-Yorka səfər hədiyyə edirlər. Özü ilə götürmək üçün ona 1000 dollar verirlər, o vaxt üçün bu, böyük məbləğ idi. Zirək qız pullarını paltar və aksessuarlar almaq üçün xərcləmədi, əksinə, onları səhmlərə yatırdı.

Генриетта Грин - самая богатая скупая женщина ХХ века. | Фото: mentalfloss.com.

1860-ci ildə anasının ölümündən sonra atası bütün ailəsi ilə birlikdə əyalətdən Nyu-Yorka köçmək qərarına gəlir. Bundan 5 il sonra o özü dünyasını dəyişir. Hettiyə 7.5 milyon dollar miras qalır, “balina ovu” biznesi isə qardaşlarına keçir. Hetti heç kimlə məsləhətləşmədən pulları hərbi istiqrazlara yatırır. Qardaşlar hiddətlənirlər və şübhə etməyə başlayırlar ki, gerəsən doğrudanmı, atası vəsaitləri bu formada istifadə etməyi vəsiyyət edib... İnadçı bacı qardaşlarının bir neçə gəmisini yandırır və bəyan edir ki, onun işinə qarışanları sadəcə olaraq, öldürəcək.

Hettinin qaranlıq işləri gənclik illərindən başlayır. O, gözləyirdi ki, bibisi öləndən sonra onun bütün varidatını məhz qardaşı qızına qoyacaq, lakin bibisi əmlakını xeyriyyəçiliyə bağışlamaq qərarına gəlir. Hetti vəsiyyətnaməni saxtalaşdıra bilir və qohumunun bütün varidatına təkbaşına yiyələnir. Yalanın üstü açılanda, qadın multimilyoner Edvard Qrin adlı şəxsə ərə gedir və Londona köçür. 3 yaşlı hiyləgər xanım nikah müqaviləsinə belə bir punkt salır ki, əri heç vaxt onun əmlakına iddialı olmayacaq. Böyük Britaniyada Hetti Qrin 2 uşaq dünyaya gətirir. Bir neçə il sonra isə yenidən ABŞ-a qayıdır.

Гетти Грин - самая богатая скупая женщина ХХ века. | Фото: sfw.so.

Zaman keçdikcə Hetti Qrini “Uoll-strit”in (Nyu-York fond birjası) sahibəsi adlandırırlar, çünki bütün ən iri əqdlər onun əli ilə həyata keçirilirdi. Üstəlik, XX əsrin əvvəllərində Nyu-Yorkda elə bir şirkət qalmır ki, Qrindən borc pul almasın. İş o yerə çatmışdı ki, böhran zamanı meqapolis hökuməti maliyyə dəstəyi üçün "Ev Sahibəsi"nə müraciət etdilər.

Baxmayaraq ki, Henrietta maliyyə sahəsində fenomenal hissiyyata malik idi, onun xasiyyəti yumşaq desək heç kəsin xoşuna gəlmirdi. Bu qadın təkcə öz böyük sərvəti ilə deyil, həm də inanılmaz xəsisliyi ilə yadda qaldı. O, “Uoll-strit”də hər qəpiyə görə dava edirdi, məişətdə adi dükançılar da onun “şanından” danışırdılar. O, yalnız sınıq, qırıntılı peçenye alırdı, çünki onlar bütövlərdən bir qədər ucuz idi... Hetti heç vaxt istilik batareyalarından və isti sudan istifadə etmirdi, çünki bu, onun üçün cah-cəlal sayılırdı və yolverilməz hesab olunurdu.

Генриетта Грин с дочерью Сильвией. | Фото: pressa.tv.

Ona həm də "kaftar" ləqəbi vermişdilər. Məsələ ondadır ki, artıq ahıl yaşında olarkən Hetti Qrin, yalnız bir qara paltar geyinirdi, hesab edirdi ki, başqasına ehtiyac yoxdur. Qulluqçu isə bu geyimi tam yumurdu, yalnız ən çox çirklənmiş hissəsini yuyurdu. Çünki madam Qrin üçün bu, sabuna qənaət sayılırdı...

O, nadir hallarda əlini yuyurdu, nəinki bütün bədənini. Ətrafdakılar ondan gələn pis qoxuya dözməyə məcbur idilər. Üstəlik, daim gələn soğan iyi də, hansı ki, mənfur qadın xəstəliklərinin profilaktikası məqsədi ilə çeynəyirdi, ürəkləri bulandırırdı.

Amma ən dəhşətlisi Hetti Qrinin uşaqlarının durumu idi. Qızı Silviya ayaqları qüsurlu doğulmuşdu. Qız tibbi yardım haqqında düşünə bilməzdi, çünki “həkim” sözü anasını hiddətləndirirdi. Hetti hesab edirdi ki, həkimlər yalnız onun pulunu soymaq barədə düşünürlər.

Нэд Грин - сын Гетти Грин. | Фото: s3-us-west-2.amazonaws.com.

Oğlu Ned də tam şəkildə ana "qayğısını" öz üzərində hiss etmişdi. O, xizəklə sürüşərkən ayağını sındırır. Hetti onu normal klinikaya aparmır və cındır paltar geyinərək, onu əsasan avaraların müaəlicə aldığı pulsuz xəstəxanaya aparır. Orada onu tanıyırlar və qapıdan qovurlar. Onda anası qərara gəlir ki, oğluna türkəçarə vasitələri ilə kömək etsin. Bu keşməkeş uşağın ayağının amputasiyası ilə nəticələndi və ən ucuz protezlə başa çatdı.

Hetti Qrinin ölümündən sonra bütün varidatı, nə az, nə çox düz 4 milyard dollar oğluna keçir. Ned mirası bacısı ilə də bölüşür. Yeri gəlmişkən, anasının xəsisliyindən dəhşətə gələn Silviya, qardaşının ölümündən sonra mirasın tamına sahib olur və bütün pulları xeyriyyəçiliyə xərcləyir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm