Tarix
Balakəndə 12 əsr əvvələ aid tapıntı - - FOTOLAR
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib.
AMEA-dan Publika.az-a verilən məlumata görə, Tülü türbəsinin Şərq divarlarında aparılmış arxeoloji kəşfiyyat işləri nəticəsində onun Qafqaz Albaniyasının xristian abidəsinin zəng qülləsi və ya nar tekseri olduğu müəyyən edilib. Ümumi uzunluğu 12 metr 70 santimetr olan Qafqaz Albaniyasına məxsus Alban xristian abidəsi tədqiqata cəlb edilib.
Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Natiq Alışov bildirib ki, tədqiqatlar ilk öncə abidənin kənar divarlarında aparılıb. Onun xarici memarlıq xüsusiyyətləri müəyyən edildikdən sonra isə daxili tədqiqatlara başlanılacaq. Bu maddi-mədəniyyət nümunəsinin döşəmə hissəsi kvadrat formalı, ölçüləri 20x20 metr olan və 4-5 sm məsafə arasında dəyişən kərpiclərdən ibarətdir. Abidə müqəddəs yer sayıldığı üçün burada keramika məmulatlarına az rast gəlinir.
"Hiss olunur ki, abidədə ilk əvvəl yanğın baş verib, sonradan onun daxilində çökmə prosesini əks etdirən 15-ə yaxın mədəni təbəqə yaranıb. Bu mədəni təbəqə, üst təbəqədə əsasən çökmə-dağılma prosesini əks etdirir. Üst təbəqənin 50 sm-ə yaxın ölçüdə dağıldığı müşahidə edilir. Digər təbəqələrin isə tədricən dağıldığı görünür. Burada yanğın izləri və kül qatları aşkar olunub" – deyə N.Alışov bildirib.
Arxeoloqun fikrincə, abidədə aparılan arxeoloji tədqiqatlar Azərbaycanda arxeoturizmin inkişafı, regionda dini rəngarəngliyin mövcud olması, abidənin qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. Bu isə onu göstərir ki, Qafqaz Albaniyasındakı müstəqil Alban katolikosluğu dövrünə aid, xristian dinini özündə əks etdirən yüzlərlə yerüstü və yeraltı abidə öz tədqiqini gözləyir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial29 Avqust 20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin229 Avqust 19:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO























.webp)
.png)









.jpg)
.jpg)