Tarix
İngilis və rus kraliçaları ilə eşq yaşayan QADIN LİBASLI KİŞİ - Casusun ikili həyatı...
Tarixdə bu gün, 5 oktyabrda Valentin Pikulun məşhur "Pero və Şpaqa ilə" romanının real qəhrəmanı, fransız zadəganı, kral XV Lüdovikin "Kral sirri" diplomatik şəbəkəsinin gizli agenti, həyatının yarısını kişi, yarısını qadın cildində keçirən, tarixin ən maraqlı şəxsiyyətlərindən biri şevalye D'Eon anadan olub.
Zəif bədən quruluşuna baxmayaraq, şevalye öz dövrünün ən yaxşı qılıncoynadanlarından biri hesab edilirdi.
Kimdir şevalye D'Eon? Casus? Diplomat? İngilis və rus kraliçaları ilə sevgi münasibəti yaşayan transvestit?
Publika.az tarix rubrikasının dəyərli oxucularını bu maraqlı personaj haqda məlumatlandırır.

Şevalye D'Eon, qadına çevrilən casus kişi
Fransada XVIII əsrdə saray həyatı kifayət qədər azad idi, amma cinsiyyəti dəyişmək haqda heç kəs düşünmürdü. Kişinin qadın paltarı geyinməsi yalnız oyunlar, tamaşalar və ya zarafat şəklində ola bilərdi. Belə zarafatlardan biri XV Lyudovik sarayından olan bir kişiyə baha başa gəldi. Şevalye D'Eon krala qadın paltarında tamaşa sərgilədi və onun kişi olduğunu hiss etməyən XV Lyudovik qəzəblənərək, onu öz günahını yuması üçün gizli agent kimi xidmət etməyə məcbur etdi. Hərçənd o ozü də sonradan bu obraza o qədər aludə olur ki, tələb edilməyəndə belə, öz libasını və həyat tərzini kişi obrazına dəyişmirdi…
Əsl adı Şarl-Jenevyev-Öküst-Andre-Timoti d’Eon olan şevalye vəkil, yazıçı və şair idi.

Fransa kralı XV Lyudovik və Rusiya imperatriçası Yelizaveta
Habsburqlar sülaləsinin planına əsasən, o, impreratriça Yelizaveta ilə görüşmək üçün Rusiyaya göndərilib. O dövrlərə görə, Rusiya sərhədlərini yalnız qadın və uşaqlar keçə bilərdi. Ona görə də, D’Eon çar sarayına düşmək üçün qadın kimi geyinərək adını Lea de Bomon qoyur. Beləliklə, şevalyenin casus həyatı başlayır.
D'Eon qadın obrazında Rusiya imperatriçası Yelizaveta Petrovnanın saray qiraətçisi statusuna nail olur. Həmin vaxtda gizli agent Fransaya Rusiyadakı işlərin durumu haqqında məlumatlar ötürürdü. Bu fəaliyyətin sayəsində XV Lyudovik Rusiya ilə diplomatik münasibətləri qaydaya salmağa bacardı.



Fransaya qayıdandan sonra vətən qarşısında xidmətlərinə görə, şevalyeyə kapitan rütbəsi verilir və müharibəyə göndərilir. Amma hərbi sahədə yalnız bir qədər xidmət edir, çünki artıq ortaya yeni məsələ çıxmışdı - Britaniya hökumətini güdmək və Britaniya parlamentini Fransa ilə münasibətlərin bərpasına sövq etmək.
İngiltərəyə D'Eon fransız səfirliyinin katibi kimi yola düşmüşdü, amma tale onunla yenə qəddar zarafat edir: İngilis kraliçası Sofi-Şarlotta ilə eşq yaşayır və kral ІІІ Qeorq bundan şübhələnir. Yöndəmsiz vəziyyətdən çıxmaq üçün, kralı inandırmağa bacardılar ki, əslində o, qadındır və qısqanclığa heç bir səbəb yoxdur...
Həyatının yarısını mənsub olmadığı cinsin obrazını yaşamağa məcbur olan bəxtsiz şevalye 1810-cu ilə - ölümünə qədər qadın obrazında qadı.
Zaur H.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial29 Avqust 20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin229 Avqust 19:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO























.webp)
.png)









.jpg)
.jpg)