Tarix
Yardımlıda qədim yurd yerləri, kurqanlar aşkar edildi
Yardımlı rayonu Sarıbulaq yaylaqlarında, dəniz səviyyəsindən 2000 m yüksəklikdə yerləşmiş çoxlu sayda qəbir abidələrində: müxtəlif struktura malik kurqanlar və daş qutu qəbirlərində qazıntılar aparılıb. Kurqanlarda aparılmış arxeoloji qazıntılar zamanı çoxlu sayda saxsı fraqmentləri, əmək alətləri, ocaq yeri və heyvan sümüklərinə rast gəlinib.
Publika.az xəbər verir ki,AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə bildirib ki, tapıntıların ritual xarakterli dəfn abidələri olması ehtimal edilir. Həmçinin gümnan edilir ki, onlar həm son tunc - ilk dəmir dövrü, həm də bölgə üçün xarakterikdir.
“Eyni zamanda müəyyənləşdirilib ki, ərazidə 2 tip kurqanlar - daş örtüklü kurqanlar və ətrafı kromlexli, dəfn kamerası isə daş qutu tipli kurqanlar mövcud olub. Bütün bu müxtəliflik bölgədə e.ə. II minilliyin sonu – I minilliyin əvvəlində (son tunc-ilk dəmir dövrü) aran-yaylaq maldarlıq təsərrüfatı ilə məşğul olan insanların mənəvi mədəniyyəti və dəfn adətlərinin izlənilməsi üçün çox əhəmiyyətli faktlardır. Qəbir abidələrindən götürülmüş kömür qalıqları və heyvan sümükləri təyinatı və tarixinin dəqiqləşdirilməsi üçün müvafiq laboratoriyalara təqdim edilib” - deyə A.Ağalarzadə vurğulayıb.
Arxeoloji tədqiqatların ən böyük əhəmiyyəti - ərazidə son tunc-erkən dəmir dövrü kurqan tipli abidələrin aşkarlanmasıdır. Vaxtilə bölgənin görkəmli tədqiqatçılarından biri olmuş, mərhum arxeoloq Fərman Mahmudov arealda həmin dövrə aid kurqanların mövcudluğunu ehtimal edib, bu ehtimalın sübut edilməsi üçün tədqiqatlara böyük ehtiyacın olduğunu bildirib.
A.Ağalarzadənin bildirdiyinə görə, arxeoloji kəşfiyyat işləri zamanı bölgədə yerləşən Elbəyi, Cəlalyurdu, Şahnişin, Dərəkeçməz yaylaqlarında qədim yurd yerləri də aşkar edilib. Bu yaşayış yerləri üzərində indi də müasir obalar salınıb. Bu da Azərbaycan xalqının minillər boyu öz təsərrüfat həyatında ənənəvilik prinsiplərini qoruyub saxladığına əyani sübutdur.
-
MDB17:49
Putin fərman imzaladı: Gürcülərə böyük JEST
-
Sosial17:31
Laçına müntəzəm avtobus reysi istifadəyə veriləcək
-
Dünya16:16
Ərdoğan bu ölkələrə gedir: məscid açacaq
-
Nida Təhlil 15:50
Azərbaycan-Ermənistan razılaşması: Bu bəndlər olmadan...
-
Region15:02
Türkiyədən tarixi qərar: Rusiyanın tətbiq etdiyi bu ifadə dəyişdirilir
-
İqtisadi gündəm14:22
İsrail İrana hücum edərsə, neft bu qiymətə olacaq
-
Sosial14:05
Əhməd Əhmədov haqqında qərar verildi - Video
-
Magazin113:50
Sevil-Sevinc bacılarının evində ŞADLIQ VAR - VİDEO