Tarix
Bina tikintisi zamanı müəmmalı və vahiməli OLAY YAŞANDI - Ən qeyri-adi HADİSƏ - FOTO
Misirin İsgəndəriyyə şəhərinin "Al Karimli" adlandırılan ərazisində bina tikintisi üçün ayrılan ərazidə baş verən müəmmalı hadisələrin sirri açılıb.
Publika.az xəbər verir ki, ötən gün qazıntı işləri aparılarkən ərazi yaxınlığında dərin quyunun içərisindən nəhəng qranit tabut tapılıb. Bu, son dövrlərdə Misirdə tapılmış ən qeyri-adi tapıntıdır. Tabutu tapan şəxslər iddia edir ki, onun içərisində "İskəndərin, Kleopatranın və ya Ramzesin cəsədi var".
Tünd qara rəngli palçıqlı qranit tabutun üzərindəki müxtəlif möhürlər onun buraya gətirdildiyi və gizlədildiyinə dair fikirlər ortaya atır. Nəhəng qranit tabutun təxminən 2000 il əvvələ aid olduğu ehtimal edilir. Hava sızdırmayan sirli tabutun içərisində xəzinə, lənətlənmiş cəsədlər, hökmdarlara aid alət-ədavat və başqa əşyaların ola bilmə ehtimalları var.
Tabutun tapıldığı ərazidə aparılan tikinti işləri zamanı müxtəlif səbəblərdən insanların ölməsi, tikintilərin uçması hadisələrin sirli tərəflərini daha da vahiməli hala salır. Belə ki, Misirli arxeoloqların fikrincə, ərazidə heç kimin bilmədiyi gizli qəbirstanlıq ola bilər. İsgəndəriyyə şəhərinin qədimliyini nəzərə alsaq bəlkə də tabutun içərisindən çıxacaq detallar tarixin gizlinlərini aça bilər.
Qeyri-adi tabut araşdırma üçün Misirin Arxeologiya İnstitutuna aparılıb.
Könül
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi













.jpg)


.jpg)



.png)

















