Tarix
Eramızdan əvvəl V əsrə məxsus Əhəməni memarlığını xatırladan saray qalıqları tapılıb - - FOTOLAR
2018-ci ilin avqust ayı ərzində “Şəmkir-Qaracəmirli” Azərbaycan-Almaniya Beynəlxalq ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndinin yaxınlığında yerləşən Qurbantəpə və Dərə Yataq adlı abidələrdə arxeoloji tədqiqatlar aparıb.
Publika.az xəbər verir ki, alman və azərbaycanlı arxeoloqların Qurbantəpə abidəsində e.ə. V əsrdə Əhəməni memarlıq üslubunda tikilmiş saray qalıqlarında apardıqları araşdırmalar davam etdirilir.
Arxeoloji tədqiqatlara Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitututnun əməkdaşları - ekspedisiyanın rəhbəri aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov və elmi işçilər Sevinc Hüseynova, Ülviyyə Heydərova və Faiq Babayev cəlb olunub. Beynəlxalq ekspedisiyada Almaniya tərəfini Münhen Dövlət Antik Külliyyat və Qliptotek Muzeyinin direktoru professor, doktor Florian Knauss və Lüdviq Maksimilian ad. Münhen Universitetinin Ön Asiya Arxeologiyası İnstitutunun departament koordinatoru, doktor Kai Kaniuth təmsil edirlər.
Ekspedisiyanın rəhbəri Emil İsgəndərovun verdiyi məlumata görə, öz ölçülərinə və tikililərin saxlanılma vəziyyətinə görə, bu saray Cənubi Qafqazdakı oxşar abidələrdən kəskin fərqlənir və böyük elmi əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, bir neçə tikilidən ibarət olan bu kompleksdə arxeoloji qazıntılar 2006-cı ildən başlayıb. Bu ilki qazıntılar zamanı əldə olunan nəticələr olduqca maraqlıdır. Yeni qazıntılar nəticəsində bir neçə daşdan hazırlanmış sütun altlıqları və çiy kərpicdən hörülmüş divarlar araşdırılıb.
Emil İsgəndərovun sözlərinə görə, sütun altlıqların bir neçəsi tamamlanmamış formada aşkar edilib. Ümumiyyətlə, arxeoloji materialların az tapılması və eyni zamanda tamamlanmamış sütun altlıqlarının aşkar edilməsi bu sarayın tikintisinin başa çatmaması haqqında fikir irəli sürməyə imkan yaradır. Bunu regionda baş vermiş beynəlxalq siyasi hadisələrlə izah etmək olar.
Könül
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
































.jpg)

