Tarix
Şamaxıda qədim türk tayfalarına aid küplər aşkarlandı
Şamaxıda qədim türk tayfalarına aid küplər aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Publika.az-a verilən məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirib.
Ötən il burada aparılan arxeoloji tədqiqatlar zamanı çay və qaya daşlarından inşa edilmiş qala divarları aşkara çıxarılıb. Qalanın daxilində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanan ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, tunc şeşpər, möhür-üzüklər, əqiq və pastadan hazırlanmış muncuqlar və s. aşkar edilib.
Əldə edilən maraqlı tapıntılardan biri tuncdan hazırlanan şeşpərdir. Şeşpərin haçalarından ikisinin döyüş zamanı qırıldığı güman olunur. Qeyd edək ki, bu tip şeşpər Azərbaycan ərazisində ilk dəfədir aşkar edilir.
Küplərin ikisinin üzərində qədim türk tayfalarına aid damğalar həkk edilib. Damğalar küplərin boğaz hissəsinə, hazırlanma zamanı yaş gilin üzərinə barmaq vasitəsilə basılaraq həkk edilib. Çəllək formalı küpün üzəri cızma üsulu ilə dağ və dalğa formalı naxışlarla bəzədilib.
Aşkar olunan maddi-mədəniyyət nümunələri Dəmirçi Arxeoloji Muzeyinə təhvil verilib. Hazırda saxsı məmulatlar mütəxəssislər tərəfindən bərpa edilir. Damğalar üzərində aparılan tədqiqatlar onların hansı tayfalara mənsub olması məsələsinə də aydınlıq gətirəcək.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz





















.png)

















