Tarix
Çilidə dünyanın ən qədim mumiyaları aşkar edildi
Çilidə yerləşən dünyanın ən quraqlıq ərazisində - Atakama səhrasında eramızdan əvvəl 7-5-ci minilliyə aid olan qədim mumiyalar aşkar edilib.
AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, burada yaşamış Çinçorro qəbiləsinə aid olduğu ehtimal edilən bu mumiyaların yanında keramika məmulatları da tapılıb. Bu arxeoloji tapıntıların tarixinin Misir ehramlarında olan mumiyalardan ən azı 2 min il qədim olduğu bildirilir.
Arxeoloqlar qeyd ediblər ki, cəmiyyətin elitasını – firon ailəsinin üzvlərini mumiyalayan misirlilərdən fərqli olaraq, Çilidəki bu böyük qəbilədə dulusçuları və digər sadə insanları da bu prosedurdan keçirirmişlər. Bu tapıntılardan sonra Çilinin hakimiyyət strukturları onların Dünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün UNESCO-ya müraciət edəcəklərini bəyan ediblər.
Azapa vadisindəki San-Miquel kəndində tapılan mumiyalar və digər tapıntılar ölkədəki Arxeologiya Muzeyinə təhvil verilib. Onların nümayiş etdirilməsi ilə paralel olaraq, mumiyalar üzərində elmi tədqiqatlar da aparılır. Çilili alimlər mumiyaların hazırlanması zamanı matəm ayinlərinin icra edildiyi əşyaları da qiymətli və nadir arxeoloji tapıntılar kimi dünyadakı həmkarlarına təqdim edəcəklər. Bundan başqa, yerli hakimiyyət orqanları Çinçorro qəbiləsinin yaşadığı yerləri turizm məkanına çevirmək niyyətindədir.
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz





















.png)

















