Tarix
Maştağadakı tarixi hamam zibildən təmizləndi - FOTO
Bakının Maştağa qəsəbəsində yerləşən XVII-XVIII əsrlərdə aid tarixi hamamın içərisində və ətrafında təmizlik işləri aparılıb.
Publika.az xəbər verir ki, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınan hamamın olduğu əraziyə zibil tökülməməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq olunub, onlarla maarifləndirici söhbətlər də aparılıb. Tarixi abidə əvvəllər də bir neçə dəfə zibildən təmizlənib, ətrafda yaşayan insanlara tarixi abidənin zibilləndirilməməsi barədə xəbərdarlıq olunub. Buna baxmayaraq, sakinlər yenə də zibil tökməkdə davam edirlər.
Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər. Ərazidə zibil qutularının qoyulması üçün İcra Hakimiyyətinə də, bələdiyyə də müraciət olunub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları da tarixi abidənin yerləşdiyi ərazidə olublar.
Bələdiyyə və icra nümayəndəsi də əraziyə dəvət olunub. Artıq hamamın təmizlənməsi işlərinə başlanılıb.
Günün sonunadək yaxınlığda zibil yeşikləri də qoyulacaq.
Həmçinin abidənin bərpa olunması məsələsi də gündəmdədir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)
